Bu gün 14 oktyabr "Referans" klinikalar şəbəkəsinin baş direktoru, qastroenteroloq həkim Hansiyar Babayevin doğum günüdür.
Əvvəla Hansiyar həkimi bu özəl günü münasibətilə səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı bildirirəm.
Həkim olmaq həyatını hər xəstənin ruhunda təslim edib, yenidən başlamaq, başarmaqdır. Həkim olmaq hər xəstənin psixikasına səbrlə deyil, sevgiylə təsir etməkdir. Həkim olmaq köklü-köməcli mərhəmət məbədi olmaqdır. Çünki xəstəni, canı ağrıyan insanı sağaldan kimyəvi preparatlar, medikamentoz müalicələr deyil, əlini ağrıyan nahiyyəyə toxundurduqda üzündən, gözündən, ürəyindən eyni anda axan şəfkət seli ilə xəstənin ruhuna təsir etməkdir həkim olmaq. Bu mənada Hansiyar həkim siması, davranışı, danışığı ilə təpədən-dırnağa kimi həkim ədəb-ərkanına sahibdir. O, rəhbərlik etdiyi klinikaların hər birində pasiyentlərlə vaxtaşırı maraqlanıb, daima xəstələrini müdafiə edib onların qayğısına qalmağı ilə bütün tibbi personal üçün örnəkdir.
Artıq Hansiyar həkim üçün ad günləri ikinci plandadır. Çünki O, tanıdığım, gördüyüm qədərilə ən möhtəşəm doğuluşunu 8 noyabrdakı Möhtəşəm Zəfərlə yenidən yaşadı. İllərlə ürəyində xısın-xısın saxlayaraq, bəzən acı, bəzən əfsusdolu nəzərlərlə öz ata-baba yurdunun nisgilini, həsrətini çəkməkdən gözü-könlü doyusunca doğum gününü qeyd edə bilməmişdi. Hətta Hansiyar həkimlə çalışdığım dönəmdə canlı şahidi oldum ki, heç bir əməkdaş həkimi təbrik etməyə cürət etmirdi. Ona alınan hədiyyəni də sakitcə iş otağında bir küncə qoymuşduq. Çünki “Kəlbəcərsiz nə ad günü?!” - deyə əsəbləşər, nə təbrik, nə də hədiyyə qəbul edərdi.
Nəhayət, ilk dəfə “Kəlbəcərli doğuluşunuz mübarək, doktor!” deyə bildik.
Hansiyar həkim yaşca gənc olmasına baxmayaraq işlədiyi sahə üzrə kifayət qədər peşəkarlaşmış rəhbərdir. Onun üstünlüyü bütün əməkdaşlarına qarşı həm ata, həm qardaş, həm də dost ola biləcək ürəkdə olmasındadır. Əslində əsl kəlbəcərli olmaq elə zəngin ürəyə, dərin səxavətə, tükənməz məhəbbətə sahib olmaqdır.
Yeri gəlmişkən deyim ki, həkimlə çalışdığım müddət ərzində hər dəfə onunla söhbətlərimizdə, iclaslarda onun hər sözü, hər hərəkətində Kəlbəcərə xas xüsusiyyətlərini analiz edirdim. Hansiyar Babayevi heç bir tərifə, özəl leksik ifadələrə yer vermədən belə təqdim etmək olar: O, məqamına görə əsl köhnə kişilərsayaq davranan, yeri gələndə Azərbaycan ziyalısı kimi təmkinli qərarlar verən, həm də ədaləti ilə sərtliyi adekvat bir rəhbər kimi loyal mütəxəssislər bazası yetişdirən və ölkəmizdə səhiyyənin inkişafı yolunda qətiyyətli addımlar atan fəxarətli həkim-mütəxəssis, ziyalı- rəhbərdir.
P.S. Qarabağın hər bölgəsində bir “Referans” imzanız atılması diləyilə Sizi bir daha təbrik edirəm, Dr.Hansiyar Babayev.
Təbrik etdi: Rübabə SAHİB