Qarabağ döyüşlərinin fəal iştirakçısı olan Vitali Balasanyan erməniləri birliyə səsləyib.
V.Balasanyan Paşinyanın yürütdüyü yarıtmaz hakimiyyəti tənqid edib:
“Ermənistandakı bütün hüquq-mühafizə orqanlarının bütün işçilərinə müraciət edirəm, çoxunuzu şəxsən tanıyıram və bir saniyə də vətənpərvərliyinizə şübhə etmirəm. Son 2 il yarım ərzində bütün mümkün vasitələrdən istifadə etdim və Nikol Paşinyanın həyata keçirməyə çalışdığı xain planını səsləndirdim. Paşinyanın yürütdüyü hakimiyyət son hadisələrlə nəticələndi. Onun cinayətkar niyyəti ilə danışıqlar prosesindəki uğursuzluq siyasəti Azərbaycan və Türkiyəni genişmiqyaslı müharibəyə sövq etdi və sonda məğlubiyyət bəyannməsini imzaladı.
Silah yoldaşlarım, mən hamınızı anti-erməni hakimiyyət orqanlarının təxribatlarına uymamağa və sərbəst və müstəqil yaşamaq arzusunu ifadə edən soydaşlarınıza qarşı güc tətbiq etməməyə çağırıram. Bu biabırçı müqaviləni imzalayan Nikol Paşinyana qarşı mübarizə aparan soydaşlarımıza dərhal qoşulmağa çağırıram. Ermənistan Silahlı Qüvvələri Silahlı Qüvvələrinin Baş Qərargah rəisinə səslənirəm. Bütün səyləri və diqqəti vətənimizin sərhədlərinin qorunmasına yönəltməyə çağırıram və tələb edirəm”.
Qeyd edək ki, Vitali Balasanyan 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törədilən soyqırımın fəal iştirakçılarından biridir.