İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) yeni təyinat olub.
Qurumun icraçı direktoru Vüsal Qasımlının əmri ilə İqtisadi təhlil və analitik- informasiya departamentinin baş analitiki Məsumə Talıbova Rəqəmsal Ticarət Qovşağının (RTQ) rəhbəri vəzifəsinə təyin olunub.
M.Talıbova İİTKM-də 2016-cı ildən işləyir. O, bu günə qədər qurumda mütəxəssis, analitik, baş analitik vəzifələrində çalışıb, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyində də iş təcrübəsində malikdir.
M.Talıbova Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər üzrə bakalavr, Beynəlxalq Maliyyə üzrə magistr məzunudur, hazırda Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində maliyyə sahəsi üzrə doktorantura təhsilini davam etdirir.