Tanınmış aparıcı Vüsalə Səid Əyyubqızı xarici görünüşü ilə bərabər eyni zamanda fərqli düşüncə tərzinə malikdir. Zaman-zaman müxtəlif televiziyalarda fərqli ampulalarda görünsə də ona tamaşaçıların sevgisini qazanmaq heç də asan başa gəlməyib.
Müsahibimiz bizimlə Qarabağ həqiqətlərinin dünyaya çatdırılması və 30 ildə bu yöndə görülən işlərdən danışdı.
- Necə düşünürsünüz, bu illər ərzində biz dünyaya Qarabağ həqiqətlərini kifayət qədər çatdıra bilmişikmi?
- 30 ildə Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətdə bir çox işlər görülüb. Belə ki, dövlət səviyyəsində beynəlxalq təşkilatlarla danışıqlar aparılıb və bu gün də danışıqlar davam etdirilir. Diplomatlarımız bu problemin həlli yolunda əllərindən gələni edirlər. Nəinki dövlət strukturları eyni zamanda Qeyri Hökümət Təşkilatları da bu yöndə lazımi işlər görür. Mən “Azrbaycanın dostları” verilişini çəkəndə gördüm ki, kifayət qədər Azərbaycan sevdalısı insanlar var. Onların Qarabağla bağlı fikirləri və bizim haqlı mövqelərimizi dəstəklədikləri insanda sevinv hissi oyadır. Uzun illər xaricdə yaşayan həmvətənlərimizin düşmənlə mübarizə aparmaq üçün Qarabağda baş verən hadisələri dünya ictimaiyyətinə çatdırması üçün onların diaspora şəklində birləşdiklərini olduğunu gördüm. Beynəlxalq ictimaiyyət bu barədə kifayət qədər məlumatlı olmadığı dönəmdə dövlətimiz və hər birimiz bu mövzuda əlbir olduq. Bu yöndə aktiv fəaliyyyətə başladıq. Ölkəmizdə son illər ərzində müxtəlif beynəlxalq səviyyəli layihələr, tərdbirlər keçirildi. Öz sahəsində uğur qazanan vətəndalarımızın qələbələri ölkəmizin tanınmasında müstəsna rol oynadı. Hər bir təşkilat, Azərbaycanda fəaliyyət göstərən qurumlar, müxtəlif layihələr həyata keçirtdi. Münaqişə zamanı xalqımızın başına gətirilən müsbiətlər və sair mövzularda əhatə olunan seminarlar, layihələr baş tutdu. Bu barədə video çəkilişlər dünya ictimaiyyətinin diqqətinə çatdırıldı və çatdırılmağa davam edir. Bu gün ordumuz sahədə, biz də öz peşəmizlə bu istiqamətdə mübarizə aparırıq. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ermənilərlə informasiya savaşında da mübarizədəyik. Həqiqətlərimizi müxtəlif dillərdə dünyaya çatdırırıq. Dəqiq, obyektiv, əhatəli məlumatları ortaya qoymaqla dünya ictimaiyyətini gerçəkləri görmələri üçün bundan sonra davam etməliyik. Necə ki, bugünə qədər etmişik. Bundan sonra da edəcəyik.
- Sizcə yerli mediada cəbhə və döyüş prosesinə yaxından tanış olan ekspert jurnalistlər yetişibmi?
- Bəli. Təbii ki, yetişib bu sahədə peşəkarlaşan media nüayəndələrimiz var. Hansı ki, onlar öz işlərini layiqinncə yerinə yetirirlər.
- Bəzən cəbhədən çəkilən şəkilləri paylaşmaqla əsgərlərimizin mövqeyini bəlli edərək onları təhlükə ilə üz-üzə qoyuruq.
- Sadəcə biz emosional xalqıq. Uzun illər vətən həsrəti ilə qovrulmuşuq. Haqqında danışdığım nüanslara yanaşı ordumuza sovqat aparan, lazımi əşyaları çatdıran, digər sahədə çalışan vətəndaşlarımız qoyulan tələblərə riayət etmirlər. Qeyd etdiyiniz bu cür addımlar atırlar və sonradan nəticəsinin ağır olduğunun şahidi oluruq. Düşünmürəm ki, vətəndaşlarımız bu ağır nəticəni görəndən sonra yenidən eyni səhvə yol versin. Amma dəqiq bilirəm ki, heç kim bunu istəyərək etməyib. Təcrübəsizlik, hisslərə qapılma buna yol açıb.
- Yazıçı Seyran Səxavət deyir ki, “Sən demə Qarabağın açarı Azərbaycan əsgərinin cibində imiş”. Bu fikirlə razısınızmı?
- Bu fikirlə həm razıyam, həm də yox. Ordumuz, əsgərlərimiz olmasa vətən olmaz. Vətən də olmasa biz olmarıq. Son hadisələr bir daha göstərdi ki, danışıqlar masası çox önəmlidir. Cənab prezidentimiz İlham Əliyev bu istiqamətdə dünyada təşkil olunan nüfuzlu, beynəlxalq təşkilatların görüşlərində iştirak edib və böyük tribunadan Azərbaycanın haqq səsini dünyaya çatdırıb. Bu gün də dünyaca məşhur qəzet və televiziyalara müsahibələr verir, cəbhədə baş verənlərdən bəhs edir və bu əzəli torpaqların bizə məxsus olduğunu söyləyir. Düşmənin düz yolda olmadığını, bizim sona qədər mübarizə aparacağımızı qeyd edir. Bütün dünya artıq Azrbaycanın gücünü görür. Seyran Səxavətin fikirləri ilə həm də ona görə razıyam ki, müharibə varsa itki qaçılmazdır. “Torpaq uğrunda ölən varsa Vətəndir” -deyirlər. Biz həm masada, həm də sahədə güclüyük. Qoy, bütün dünya görsün ki, qələbə bizimdir.
- Hazırda İctimai Televiziya və Radio Yayımları Şirlkətində “#İtvtech”verilişinin aparıcısınız. Bu günlərdə verilişinizdə nələr müzakirə edilir?
- Azərbaycanın internet istifadəçilərinin internet təhlükəsiziliyini təmin etmək və informasiya müharibəsinin məğzini izah etmək üçün studiyamıza ekspertlər dəvət edirik. Onlar tamaşaçılarımıza belə günlərdə sosial şəbəkələrdən necə qorunmalı, infiormasiya müharibəsində özünü necə aparmalı, hansı nüanslara diqqət yetirməli olduğumuza aydınlıq gətirir.
- Ordumuz Azərbaycan cəbhədə qələbə qazanır və arxa cəbhədəki xalqımız düşmənə informasiya müharibəsində qalib gələ bilirmi?
- Əslində bu qalibiyyət mərhələli şəkildə əldə edilir. Uzun illər biz bu müharibədən uzaq və bir qədər xəbərsiz idik. Təəssüf ki, bu propaqanda, təbliğat bizim üçün yad idi və biz onun mahiyyətini anlamırdıq. İndi isə dünya rəqəmsallaşıb. İnformasiya müharibəsində qalibiyyəti pilləli şəkildə əldə edirik. Ümid edirəm ki, yaxın gələcəkdə səsimizi dünyaya çadırcaq qədər püxtələşmiş sosial şəbəkə istifadəçilərinə çevriləcəyik.
- Vüsalə xanım, bu gün ordumuz tarix yazır. Ön cəbhədə Azərbaycan əsgəri, oğulu, kişisi döyüşür. Ancaq tarixə boylansaq bizim qəhrəman qadınlarımız da az olmayıb. Azərbaycan qadını hər nə qədər zəriflik, xanımlıq nümunəsi olsa da ön cəbhədə vuruşmaq əzminə malikdir. Bu barədə siz necə düşünürsünüz?
- Atalarımız “Aslanın erkəyi dişisi olmaz” deyib. Arxa cəbhədə analarımızın duaları mərd oğullarımızı qoruyur. O cəsur oğuları Azərbaycan qadını dünyaya gətirib. Azərbaycan Şərqdə qadınlara ilk seçki hüququ verən dövlətdir. Bizim qadınlarımız bütün dövrlərdə öz istedadı, zəkası, ağlı, iradəsi, milli-mənəvi dəyərlərinin qorunub saxlanmasında, yaşadılmasında müstəsna xidmətlər göstərib. Azərbaycan qadını bu gün həm həkim, həm memar, həm mühənddis, həm dövlət qullquçusu, həm ictimai-siyasi xadimdir. Sovet hakimiyyəti illərində də Azərbaycan qadını çox mürəkkəb və şərəfli yol keçib. Azərbaycan qadınları müstəqillik uğrunda gedən mübarizədə hər zaman ön sırada olub. Bündə qadınlarımızın səsi dünyanın hər yerindən eşidilir. Biz bunların şahidiyik. Biz də əlimizdən gələni edirik. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın da Azərbaycan xalqı üçün gördüyü işlər göz önündədir. Onun mədəniyyətimizə, təhsilimizə, səhiyyəmizə göstərdiyi diqqət və qayğı tədirəlayiqdir. Onun timsalında Azərbaycan qadını dünyaya bir nümunədir.