Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 113 nəfərə çatıb.
Bu barədə məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
Məlumata görə, təbii hadisə zamanı 1 035 nəfər yaralanıb. Onlardan 137 nəfərin müalicəsi davam edir.
Xatırladaq ki, oktyabrın 30-da Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ qeydə alınıb. Yer
altı təkanların ocağı 16,54 km dərinlikdə olub.
Allah rəhmət eləsin!