“Biz çox sevinirik ki, o, həyatının son otuz ilinin ən böyük hədiyyəsini aldı, onun vətəni azad olundu”
“O, o qədər böyük adamdır ki, onun ad günü tarixi bir gününə sığmır və həqiqi sözümdür ki, biz onun ad gününü başlayırıq və ilin axırına qədər davam edirik”
Bunu Moderator.az-a açıqlamasında “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev professor Qulu Məhərrəmli haqda danışarkən deyib.
O, həmkarını doğum günü münasibətilə təbrik edib:
“Qulu müəllimin doğum günü deyil, günü başlayır və bu ilin axırına qədər davam edəcək. O, o qədər böyük adamdır ki, onun ad günü tarixi bir gününə sığmır və həqiqi sözümdür ki, biz onun ad gününü başlayırıq və ilin axırına qədər davam edirik. Qulu müəllim çox gözəl dostdur, çox fəal ictimai xadimdir və mən bəzən hətta məəttəl qalıram ki, bu qədər yerdə olmağı necə çatdırır və hər yerdə də başda oturur. Qulu müəllim həm də Azərbaycan tele-jurnalistikasının ən ünlü isimlərindən biridir. Uzun illər o vaxtın AzTV-sində işləyib bu onun profesionallığının göstəricisidir. Biz çox sevinirik ki, o, həyatının son otuz ilinin ən böyük hədiyyəsini aldı, onun vətəni azad olundu. Ad gününü də hələ qeyd etmirik, çünki o, söz verib ki, Zəngilanda Həkəri çayının qırağında bizi göy balığa qonaq edəcək və biz onun doğum gününü qeyd edəcəyik. Arzu edirəm ki, torpaqlarımız işğaldan azad olunsun və Şuşadan, Zəngilandan, Cəbrayıldan olan soydaşlarımız öz doğum günlərini öz yurd-yuvalarında qeyd etsinlər”.