“Azərbaycan xalqı işğaldakı torpaqları son qarışına qədər azad etməkdə qərarlıdır”.
Bunu Moderator.az-a açıqlamasında siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bildirib. Politoloq Ali Baş Komandanla xalqın, onun hər bir fərdinin iradəsinin üst-üstə düşdüyünü, bütün vətəndaşların ölkə başçısına dəstək verdiyini qeyd edib:
“Qarabağın azad edilməsi bütün xalqımız üçün şərəf işidir və hər kəs bu məsələdə istənilən fədakarlığı göstərməyə hazırdır. Bütün Azərbaycan xalqı prezident İlham Əliyevin bu məsələdəki qətiyyətini dəstəkləyir və onun bir sözü ilə ölümə getməyə hazırdır. Biz işğal altındakı torpaqlarımızı son qarışına qədər azad etməliyik. Biz bu məsələni gələcəyə qoya bilmərik. Kimsə düşünməsin ki, bu xalqın iradəsini sındıra bilər. Bu, mümkün olan iş deyil.
Azərbaycan ordusu erməni işğalındakı torpaqlarımızı sürətlə azad etməkdir və hər kəs əmindir ki, yaxın gələcəkdə dövlət olaraq ərazi bütövlüyümüzü tam şəkilkdə təmin edə biləcəyik. Bunun üçün bizdə gərəkli iradə də, güc də mövcuddur və biz buna görə ordumuza, onun Ali Baş Komandanına və onlarla həmrəylik sərgiləyən xalqımıza minnətdarıq”.