"Bu gün saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonu ərazisinə qadağan olunmuş 2 raket atılıb".
Bunu "Report"-a Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.
Onun sözlərinə görə, düşmənin atdığı raketlər rayonun Səhləbat, Əskipara və Ələsgərli kəndləri istiqamətində partlayıb: "Xoşbəxtlikdən ölən və yaralanan olmayıb. Mülki evlərə və təssərüfata ziyan dəyib".