Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Erməni gəncləri polis gücüylə avtobusa mindirilib cəbhəyə göndərilir- RƏZALƏT...






Azərbaycan qarşısında məğlub olan Ermənistanda erməni gəncləri də müharibəyə getmək istəmir.

Sosial şəbəkələrdə erməni gənclərin polis gücüylə avtobusa mindirilərək cəbhəyə göndərilməsinin görüntüləri yayılıb. Görüntülərdə polislər gənclərlə kobud davranır və bir-birilərinə qışqırırlar. Bir çox gənclər isə avtobusdan düşmək istəsələr də, polis onlara mane olub.

Azərbaycan Ordusu qarşısında ağır itkilər verən və muzdlu döyüşçülərlə ayaqda durmağa çalışan Ermənistanda vəziyyət çox acınacaqlıdır. Azərbaycan Ordusunun cəbhədəki gücü qarşısında həyatlarını itirəcəklərini düşünən erməni gəncləri hətta saxta “Kovid-19” arayışı alaraq ordudan yayınmağa çalışırlar.

Qeyd edək ki, Azərbaycan Ordusunun dəqiq atəşi nəticəsində Qondarma “Dağlıq Qarabağ respublikası”nın “müdafiə naziri” Cəlal Arutyunyan da yaralanıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də