"Xəbər verdiyimiz kimi hələ iki ay öncə saytımıza açıqlama verən hərbi jurnalist, nasir Şəmistan Nəzirli əməkdaşımızla söhbəti zamanı bildirmişdi ki, “mən müasir generallarımız haqda kitab yazmıram. Generallarımız Qarabağı işğaldan azad etsin, onlar haqda kitab yazmayan kişi deyil”.
Bu gün Ş.Nəzirli ilə əlaqə saxlayaraq həmin vaxtın yetişdiyini və generallarımız haqda kitab yazmağa qərar verib-vermədiyini soruşulub.
Ş.Nəzirli isə saytımıza açıqlamasında sözünün üstündə durduğunu bildirib:
“O vaxt sizə belə bir söz demişdim. İndi də müharibə başlayıb və torpaqlarımız işğaldan tam azad olunandan sonra generallarımız haqda kitab yazmayan kişi deyil. Demişəm, sözümün də üstündə dururam. Yaradıcılığım boyu 73 generalımız haqda kitab yazmışam. Amma müasir generallarımız haqda isə yazmamışdım və onlar qarşısında Qarabağı azad etmək şərtim var idi və indi də bunu yetirə yetirirlər. İnşallah torpaqlarımız işğaldan azad edilsin, sözümüz sözdür”.