“Salyanın Xıdırlı kəndində “manyak”ın peyda olması haqda yayılan xəbərlərin məntiqi olmasa belə, polis əməkdaşları neçə gündür ki, orada xidmət aparır, gecələr növbə çəkirlər. Bu kənd balaca bir kənddir və sakinlərin dediyi kimi bir hadisəyə rast gəlinməyib”.
Bu sözləri açıqlamasında DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib. O qeyd edib ki, kəndlilər bu varlıqları harada gördükləri və yaxud bu hadisədə kimdən şübhələndikləri barədə polis əməkdaşlarına konkret heç bir məlumat verməyiblər:“Məsələ ilə bağlı polisə müüraciət edildikdən sonra əməkaşlarımız kənddədir, gecə-gündüz xidmət aparırlar. Amma heç bir hadisə baş verməyib. Kənd camaatının vahiməsinə heç bir əsas yoxdur. Əgər bu yolla kimsə orada insanları qorxutmağa çalışırsa, gec-tez o şəxs saxlanılacaq. Hazırda belə bir narahatlıq doğuran şəxs görülməyib”.
Qeyd edək ki, sözügedən hadisə ilə bağlı ARB telekanalı məlumat yayıb. Həmin süjeti təqdim edirik:
Açar sözlər
“manyak”peydaol