Azərbaycan Respublikasının məhrum Baş prokuroru, şəhid İsmət Qayıbova ithaf olunan roman işıq üzü görüb.
“- 4” adlanan romanı uzun illər prokurorluq orqanlarında mühüm işlər üzrə baş müstəntiq kimi çalışan detektiv yazıçı Müşfiq Abbasov qələmə alıb.
Müəllifin araşdırdığı cinayət hadisələri, üstünü açdığı qətllərin təcrübəsindən ərsəyə gələn əsərdə məharətlə ört-basdır edilən mürəkkəb bir cinayət işinin istintaqından bəhs olunur.