Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Barmaq izi olmayan gənc hər kəsi təəccübləndirdi - FOTO






Sosial şəbəkə istifadəçisi internetdə öz əllərinin şəklini paylaşaraq, barmaq izinin olmadığını göstərib. Onun bu paylaşımı çoxları tərəfindən maraqla qarşılanıb.

Lenta.ru-nun məlumatına görə, “Jgmanfour” ləqəbli istifadəçi müzakirəni “Reddit”də aparıb.

O, barmaq izinin olmamasının çətinliklərindən danışarkən gündəlik həyatda əşyaların tez-tez əlindən sürüşməsindən şikayətlənib.

İstifadəçilərdən biri barmaq izlərinin olmaması halının mümkünlüyünü deyib. Onun sözlərinə görə, bu, məsələn, şiddətli ekzemadan qaynaqlana bilər.

“Mənim başıma belə bir iş gəlib. Bir dəfə Türkiyəyə gedərkən nəzarətdən keçməli və barmaq izimi qoymalı idim. Bu əsl fiyasko idi! Məni ölkəyə buraxmağa çətinliklə razılaşdılar”, - deyə başqa bir istifadəçi başına gələnləri bölüşüb.

Eyni zamanda, bir çoxları bu halın “üstünlüklərindən” danışıblar: Belə ki, o, cinayət törədə bilər və barmaq izi səbəbi ilə tutula bilməz. İstifadəçilərin bəziləri “Jgmanfour”a hətta zarafatla “iş” də təklif ediblər.(oxu.az)



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də