Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Rihannanı deyirik, Aygün Kazımovanı deyə bilmərik?"






"Elçin Cəfərov, Zamiq Hüseynov, Rəhim Rəhimlinin geyimlərini bəyənirəm. Ümumiyyətlə, bir çox kişi ifaçılarımız qəşəng geyinir. Gündəlik geyimlərimdə rahatlığa üstünlük verirəm. Amma kliplərdə obraza girməyə etiraz etmirəm. İncəsənət qurban tələb edir".

Bu sözləri müğənni Elvin Abdullayev "10-da başladıq" proqramında deyib. İfaçı sənət adamlarının geyimlərindən danışıb.

Əməkdar artist Elza Seyidcahanın tərzi ilə bağlı suallara "Elza Seyidcahan çərçivədən çıxıb. Onun gördüyü işlər, geyindiyi libaslardan xoşum gəlir. Onu daş-qalaq edirlər. Bu insan heç vaxt neqativ cavab vermir və öz istədiyini edir" cavabını verib.

Elvin şəhərdə qızların geyimlərini tənqid edib: 

"Elə xanımlar var ki, elə geyimlər geyinir... Açıq-saçıqlıqdan söhbət getmir, bu, hər kəsin öz seçimidir. Zövqsüz geyinirlər, dırnaqlarını elə rəngə boyayırlar ki... Bunlar heç bir saytlara, dəblə bağlı səhifələrə baxmırlar?"

Aparıcı Samir Bayramlının "Bu yaxınlarda Aygün Kazımovanın 26 yaşındakı çıxışını izlədim. Onun həmin səhnədə geyindiyi paltarla Rihanna 20 il sonra klip çəkdirib" sözlərinə müğənni "Rihannanı deyirik, Aygün Kazımovanı deyə bilmərik?" reaksiyasını verib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də