
Azərbaycanda aliment ödəyənlər arasında kişilərlə yanaşı, qadınlar da var.
Aliment ödəyən qadınların sayını öyrənmək məqsədilə Ədliyyə Nazirliyinə sorğu ünvanlayıb.
Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, hazırda ölkəmizdə 2800-dək qadın aliment ödəyir.
Ümumilikdə aliment qərarlarının sayı 2020-ci il üzrə 18 288, 2021-ci ildə 20 619, 2022-ci ildə 17 621, 2023-cü ildə 20 993, 2024-cü ildə isə 23 327 olub.


