
Dünyaca məşhur "Evdə tək" filminin çəkildiyi malikanə 5,25 milyon dollara satılıb.
Satış Milad bayramından öncə baş tutub.
1990-cı ildə "Evdə tək" filmi və 1992-ci ildə çəkilən "Evdə tək 2" filmlərində nümayiş olunan Çikaqonun şəhərətrafı malikanəsi may ayında sarışa çıxarılıb. 2012-ci ildə bir alıcı ev üçün 1,58 milyon dollar ödəyib.
İki mərtəbəli kərpic ev 2018-ci ildə müasir üslub nəzərə alınmaqla təmir edilib.
850 m²-lik malikanədə dörd kamin, beş yataq otağı, altı vanna otağı, iki camaşırxana, qaraj, istirahət zonası, idman zalı, kinoteatr otağı və qapalı idman meydançası var.