Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azyaşlını təhqir edən tərbiyəçi işdən çıxarıldı, müdirin səlahiyyətlərinə xitam verildi

Azyaşlını təhqir edən tərbiyəçi işdən çıxarıldı, müdirin səlahiyyətlərinə xitam verildi

310 nömrəli uşaq bağçasında tərbiyəçi-müəllimin uşağa qarşı uyğunsuz davranışı ilə bağlı araşdırma aparılıb.

 Bu barədə APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

 Bildirilib ki, təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq tərbiyəçi-müəllim vəzifəsindən azad edilib:

 "Həmçinin əmək məcəlləsinin müvafiq maddəsinə əsasən 310 nömrəli uşaq bağçası müdirinin səlahiyyətlərinə xitam verilib".

 "Məktəbəqədər təhsil müəssisələrində müvafiq məsələlərin tənzimlənməsi zamanı uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür", - deyə məlumatda qeyd edilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də