Bu gün mətbuatda Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin vəziyyətinin ağırlaşdığı və İsrailə aparıldığı barədə məlumat yayılıb.
Məsələ ilə bağlı “Unikal”a açıqlama verən Ramiz Mehdiyev bildirib ki, yayılan məlumatlar yalandır:
“Mənim səhhətimdə heç bir problem yoxdur. “Check-up” müayinə üçün Mərkəzi Klinik Xəstəxanaya getmişdim. Bu da ildə bir ya iki dəfə baş verən bir haldır.
Başqa heç bir yerə getməmişəm. Məgər, mən İsrail tanıyıram ki? Hazırda Bakıdayam. Sağlıq olsun”, - deyə o qeyd edib.