Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sosial şəbəkədə müəllimləri təhqir edən müəllimlə bağlı açıqlama


Gəncə-Daşləsən Regional Təhsil İdarəsindən verilən rəsmi açıqlamaya görə son zamanlar sosial şəbəkə hesablarında müəllimlər haqqında qeyri-etik paylaşımlar edən Günay Məmmədova Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Gəncə şəhər 1 saylı musiqi məktəbinin pianino müəllimidir. Gəncə şəhər 1 saylı musiqi məktəbi həmin müəllimin əsas iş yeridir. Günay Məmmədova 2022-ci ildə MİQ müsabiqəsində iştirak edərək əlavə iş yeri kimi Göygöl rayon Bənövşəli kənd tam orta məktəbində 5 saat musiqi dərsi ilə təmin edilmişdir. Günay Məmmədova Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə dəvət olunmuş , onunla söhbət aparılmış, ona müəllimlər haqqında qeyri-etik paylaşımların edilməməsi, onlara qarşı loyallığın qorunması və bu kimi digər məsələlərlə bağlı xəbərdarlıq edilmişdir. 

Əlavə olaraq bildiririk ki, müəllimlər haqqında alçaldıcı və ya qeyri-etik paylaşımların edilməsi, qeyri-etik sözlərin deyilməsi yolverilməzdir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də