Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 28-i səhər saatlarında Ordumuzun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.
Ermənistan Milli Təhlükəsizlik Xidməti isə sərhəddə azan Azərbaycan əsgərinin saxlanıldığı barədə xəbər yayıb. Ermənistan İstintaq Komitəsi fevralın 28-də səhər saatlarında Laçın rayonu ərazisində xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində itmiş Azərbaycan ordusunun əsgəri Ruslan Pənahov barəsində cinayət işi açıb.
Ruslan Pənahov 2005-ci il mayın 29-da anadan olub. O, ötən ilin iyul ayında hərbi xidmətə yollanıb.
Hərbçi Ruslan Pənahovun atası ilə əlaqə saxlayıb.
Hərbiçinin atası Eldəniz Pənahov saytımıza açıqlamasında bildirib ki, məsələ dövlətin nəzarətindədir.
“Mənim övladım düşmən əlindədir. Bizim işimiz övlad məsələsidir. Dövlət qurumları məsələ ilə bağlı maraqlanırlar. Biz dövlətin yanındayıq, dövlətimizə inanırıq. Məsələ rəsmi orqanların, Müdafiə Nazirliyinin, Qızıl Xaç Komitəsinin nəzarətindədir”.