Onsuz da ölkə bazarına ikiqat qiymətlə daxil olan avtomobillər vətəndaşlara bir də “mühərrik rasxodu” yaradır. Əgər kimsə avtomobili alıb, öz adına keçirmək istəsə, bir də görür ki, həmin avtomobilin mühərrik nömrəsi texniki pasporta salınmayıb. Bu problemlə əsasən, qeydiyyat prosesi zamanı rastlaşan vətəndaşlar nə edəcəklərini bilmədikləri üçün çox vaxt hansısa dələduzların qurbanına çevrilə bilirlər.
Bəzən həmin vətəndaşlardan avtomobilin mühərrik nömrəsini qeydiyyatdan keçirmək üçün müəyyən məbləğ də tələb olunur. Məsələn, qardaşının adına olan avtomobili vətəndaş öz adına qeydiyyata salmaq istəyir, ancaq bu zaman fərqinə varır ki, mühərrikin nömrəsi avtomobilin texniki pasportuna qeyd edilməyib. Bəs qanunla vətəndaş avtomobilinin mühərrik nömrəsini qeydiyyata salmaq üçün hansısa rüsum, məbləğ ödəməlidirmi? Bu haqda qanunvericilik nə deyir?
Məsələ ilə əlaqədar Baş DYP İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayevlə əlaqə saxladıq. DYP rəsmisi məzuniyyətdə olduğunu bildirərək, sadəcə onu qeyd etdi ki, problemlə əlaqədar vətəndaş Qeydiyyat-İmtahan Məntəqəsinə müraciət etməli və mövcud vəziyyət araşdırılmalıdır.
Məzuniyyətdə olduğu üçün suallarımızı cavablaya bilməyən DYP rəsmisindən fərqli olaraq, avto-ekspert Elməddin Muradlı Bizimyol.info-nun vətəndaşları da yaxından maraqlandıran suallarına cavab verib. Ekspert bildirib ki, mühərrik nömrəsini qeydiyyata salmaq Dövlət Yol Polisininin vəzifə borcudur və bununla bağlı hər hansısa ödəniş, rüsum nəzərdə tutulmayıb:
“Öncəliklə, həmin avtomobillə bağlı ilkin qeydiyyat aparılıb. Bu avtomobilin ilkin qeydiyyatı zamanı əgər ona texniki pasport verilibsə, deməli, mühərrik olmaya-olmaya həmin qeydiyyat prosesi aparılıb – yol polisi həmin işi görüb. İndi o qurum həmin prosesdən imtina edirsə, bu, qanunsuz davranışdır. Bu məsələni aşkarlamaq və qaydaya salmaq yol polisinin işidir. Əgər bu aşkarlanıbsa, DYP vətəndaşın iştirakı ilə avtomobili yoxlamalıdır, həmin mühərriki sorğu şəklində araşdırmalıdır. Əgər həmin mühərrik oğurluq və ya qaçaq mal deyilsə, hər hansı bir cinayət aləti deyilsə, o şəkildə də qeydiyyata alınmalı, ya da üzərinə nömrə yazılmalıdır, hansı ki, həmin proses bir qədər uzun çəkə bilər. Yəni istənilən halda birinci qeydiyyat prosesini yol polisi aparıbsa, ikincidən imtina etməməlidir. Yox, əgər yol polisi həmin maşını qeydə alanda – birinci qeydiyyat prosesini aparanda – və yaxud bu maşın bir neçə dəfə alınıb-satılıbsa, təkrar qeydiyyat prosesləri aparılıbsa, maşının mühərriki üzərində olubsa, əvvəlki maşın sahibi mühərriki dəyişəndə avtomobili qeydiyyata aldırmayıbsa, onda məsuliyyət vətəndaşın üzərindədir. Hansı ki, həmin vətəndaş mühərriki dəyişəndə, təkrarən qeydiyyat prosesini aparmalı idi. Bəzən belə vətəndaşlar da olur ki, öz-özünə düşünür: “Maşındır, sürürəm, özümündür, qeydiyyata alınsa da, alınmasa da onsuz da məndədir, heç nə olmaz”. O “heç nə olmaz” düşüncəsi axırda gəlir, belə bir problem yaradır”.
İstismara verildiyi vaxtdan bir neçə dəfə satılaraq əl dəyişdirən avtomobillərin sahibləri maşınlarını qeydiyyata salmadığı üçün mühərrik də ilk gündəki kimi qeydiyyata düşür. Ancaq elə olur ki, həmin avtomobilin mühərriki bir neçə dəfə dəyişdirilmiş olur. Avto-ekspert bu problemlə bağlı onu bildirib ki, belə hadisələrin baş verməsi mümkündür:
“Avtomobillərin mühərrikləri bir ay içində, hətta üç, dörd, beş il əvvəl də dəyişdirilmiş ola bilər. Bunların hər biri ehtimal olaraq mümkündür. Sadəcə olaraq, o prosesi DYP araşdırıb, aydınlaşdırıb vətəndaşı yola salmalıdır. Məsələn, sizin avtomobilinizi oğurlayırlar, mühərrikin nömrəsini də silib, başqasına satırlar. Həmin o başqası da bəzən savadsızın biri olur, heç vaxt maraqlanmır ki, “Mən bu maşını alıramsa, bunun mühərrikinin mənşə sənədi olmalıdır, sənəd tələb edim”. Deyir, “Bu maşını bazarda soruşmuşdum, iki min manata deyirdilər, ancaq qonşuluqda bir oğlan var, beş yüz manata satır. Qoy, elə gedib ondan alıb, min beş yüz manat da qabağa düşüm”. Bax, bu ağılla, düşüncə ilə hərəkət edirlər, sonra da küçələrdə qalırlar. Onu da qeyd edim ki, avtomobilin mühərrikinin qeydiyyata salınması üçün hər hansısa bir rüsum nəzərdə tutulmur. Sadəcə olaraq vətəndaş maşını öz adına keçirirsə, deməli, təkrar qeydiyyat prosesi aparılır və ona uyğun rüsumlar ödənilir”.
Bizimyol.info