Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“WhatsApp”da köhnə mesajları tapmaq asanlaşdı

“WhatsApp”da köhnə mesajları tapmaq asanlaşdı


“WhatsApp” mesajların axtarışını asanlaşdıracaq funksiya üzərində işləyir.

Beta istifadəçilərinə açılan yeni xüsusiyyət mesajlarda istədiyimiz tarixə keçməyimizi təmin edəcək. Tətbiqdə dəqiq tarixini bilmədiyimiz mesajları axtardığımız zaman belə bir xüsusiyyətin çox faydalı olacağını söyləyə bilərik.

 

Bundan əlavə, paylaşılan ekran görüntüləri tarixə görə axtarış seçiminin necə istifadə oluna biləcəyini göstərir. Müvafiq olaraq, funksiyadan söhbətlərdə mesajlar axtararkən klaviaturanın yuxarı sağ hissəsində görünən təqvim işarəsi ilə istifadə etmək olar. İstifadəçilər bu işarəyə kliklədikdə istədikləri tarixi seçərək axtardıqları günə çata biləcəklər.

 

“WhatsApp”ın yeni funksiyanı nə vaxt kütləvi istifadəyə verəcəyi hələlik məlum deyil.

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də