
AĞ Partiya başqanı Tural Abbaslı meyxanaçı Rəşad Dağlı ilə bağlı paylaşım edib.
Partiya sədri sosial şəbəkə hesabında Rəşad Dağlının videosunu paylaşaraq bu sözləri yazıb:
"Əsl qatillər narkotik tacirləridir! Allah qapını açsın, Rəşad!"
Qeyd edək ki, məşhur meyxanaçı Rəşad Dağlı noyabrın 9-u səhər saat 05:00 radələrində 1979-cü il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.