Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qanun TƏSDİQLƏNDİ: Azərbaycanda yeni cərimələr TƏTBİQ EDİLƏCƏK - MƏBLƏĞLƏR


Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində və “Elektroenergetika haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunları təsdiq edib.
 
Yenilənmiş məcəlləyə və qanuna əsasən, bundan sonra istilik sahəsində qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almağa maneələr törədən istehlakçılar cərimə ediləcək.
Cərimənin məbləği fiziki şəxslər üçün 20, vəzifəli şəxslər üçün 50, hüquqi şəxslər üçün isə 100 manat olacaq.
 
Qeyd edək ki, indiyə qədər bu cərimə yalnız qaz və elektrik enerjisi sahələrində tətbiq edilirdi.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də