Ötən gün Bərdə rayonunda kütləvi dava olub.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, hadisə Şorəlli kəndində baş verib.
Dava zamanı Göyüşlü kənd sakini, 1990-cı il təvəllüdlü Camalov Mənsur Kamil oğlu vəfat edib. Üç nəfər isə yaralanıb. Onlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehtizadə bildirib ki, üç nəfər yaralanıb:
“Onların vəziyyətləri ağır qiymətləndirilir. Yaralılar Şəmkir rayon sakinləri - 1984-cü il təvəllüdlü Bağırov Rauf Qalib oğlu, 1991-ci il təvəllüdlü Əzizov Nicat Allahverdi oğlu və 1994-cü il təvəllüdlü Abbasov Adıgözəl Cənnətəli oğludur”.
İlkin ehtimala görə, dava tərəflər arasında yaranmış mübahisə zəminində baş verib.