Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Yaşımın bu çağında doğma Kəlbəcərimizə qovuşmağa, dədəmin məzarını ziyarət etməyə tələsirəm"






Bu gün “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctmai Birliyinin sədri, el ağsaqqalı Qənbər Şəmşiroğlunun 87 yaşı tamam olur. Moderator.az bu münasibətlə Qənbər Şəmşiroğludan açıqlama alıb.

- Hörmətli Qənbər müəllim, doğum gününüzü təbrik edirik, sizə daha uzun və sağlam ömür arzulayırıq. Yeni yaşınızda özünüzü necə hiss edirsiniz?

- Çox sağolun, təşəkkür edirəm. Özümü çox yaxşı hiss edirəm, əhval-ruhiyyəm də yüksəkdir. Çünki möhtərəm Prezidentimiz İlham Əliyevin başçılığı ilə Vətən Savaşında parlaq qələbələr qazanmışıq. Allaha şükürlər olsun ki, Ulu Öndərimiz Heydər Əliyevin müqəddəs ata vəsiyyətini şərəflə yerinə yetirən Ali Baş Komandanımız İlham Əliyevin və qüdrətli Azərbaycan ordusunun sayəsində Qarabağımızda, milli konservatoriya mərkəzimiz olan Şuşa qalasında üçrəngli bayrağımız dalğalanır. Soydaşlarımızın uzun illər davam edən yurd nisigilinə, Vətən həsrətinə son qoyulur. Bu münasibətlə xalqımızı təbrik edirəm, hər kəsə ağsaqqal xeyir-dualarımı çatdırıram. Yaşımın bu çağında doğma Kəlbəcərimizə qovuşmağa, dədəmin məzarını ziyarət etməyə tələsirəm.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də