“Azərbaycan həmişə Dağlıq Qarabağ ermənilərinə qarşı tolerant, humanist olub. Onlara vaxtında şərait yaradıb torpaqlarımızda yer vermişik. Ermənilər demək olar ki, Azərbaycanın ən yaxşı yerlərində yaşayıblar”
Bunu açıqlamasında yazıçı Elçin Hüseynbəyli deyib. Yazıçı ermənilərin torpaqlarımızda etdiyi vandallığı pisləyib:
“Ermənilərin etdikləri vandallıqdır, təbii ki, bu hamını əsəbiləşdirir. Əlbəttə, bu cür olmalı deyildi. Azərbaycan həmişə Dağlıq Qarabağ ermənilərinə qarşı tolerant, humanist olub. Onlara vaxtında şərait yaradıb torpaqlarımızda yer vermişik. Ermənilər demək olar ki, Azərbaycanın ən yaxşı yerlərində yaşayıblar. Daha sonra özlərinin ərazi iddiaçıları, psixozları, xəstə təfəkkürləri nəticəsində Azərbaycanla Ermənistan arasındakı münasibətlər təcavüzə məruz qaldı. Azərbaycanlıların hansı vəziyyətdə torpaqlarından çıxmasını hamı yaxşı xatırlayır, başıaçıq, ayağıyalın. Heç nəyi yandırıb dağıtmadılar, çünki o evləri özləri tikmişdilər və inanırdılar ki, geri qayıdacaqlar. Ola bilsin ki, torpaqlarımızda qeyri-qanuni məskunlaşan ermənilər nəsə tikiblər, amma əsasən onlar azərbaycanlıların yaşadığı evlərdə məskunlaşıblar. İndi onlar yaxşı bilirlər ki, bu yerlərə bir də qayıtmayacaqlar və bu evləri bütün düyanın gözü qarşısında yandırırlar. Onlar vaxtilə Azərbaycanın etibarından istifadə etdilər. Öz xislətlərin bir daha göstərdilər və hətta sümüklərini də özləri ilə aparırlar. Qoy aparsınlar, onların murdar sümükləri bizim heç torpağımızda olmasa yaxşıdır. Mənə elə gəlir ki, bu isə Azərbaycanla Ermənistanın fərqini, səviyyəsini göstərir. Düşünürəm ki, dünya yenə də bu məsələlərə elə də ciddi yanaşmayacaq, Azərbaycanın mövqeyini o dərəcədə müdafiə etməyəcək, ancaq ki, hər halda bunu tirajlayıb dünyaya göstərməliyik ki, ermənilərin iç üzlərini tanısınlar”.
Yazıçı torpaqlarımızda tikilən erməni xramlarının sökülməsinin vacibliyini vurğulayıb:
“Qaldı ki, dini abidələrin, kilsələrin, xramları məsələsinə gəldikdə isə fikrim belədir ki, ermənilərin 1990-cı ilə qədər bizim torpaqlarımızda xramları varsa, təbii ki, biz tolerant millət olaraq onları qorumuşuqsa, bundan sonra qorumaqda davam edəcəyik. Ancaq onlar bizim torpaqları işğal etdikdən sonra xramlar tikiblərsə, mənə elə gəlir ki, bunların hamısı sökülməlidir və onun yerinə məscidlər tikilməlidir. Çünki gələcəkdə ermənilər deməsin ki, burda onların xramları olub və qədimdən burda yaşayıblar”.
Yazıçı Ermənistanda qarşıdurmaların hələ uzun müddət davam edəcəyini deyib:
“Ermənilərinki çaqqal, tülkü xislətidir, yediklərini yeyirlər, yemədiklərini də boğub öldürürlər. Ermənilər o qədər panikaya düşdülər, məğlubiyyətə uğradılar ki, bu saat bir-birilərini didməyə də hazırdırlar və necə ki, bu saat İrəvanda bu hadisələr baş verir. Amma yeri gələndə onlar bu məsələlərdə birləşə də bilirlər. Lakin düşünürəm ki, bu dəyirman çox su aparacaq, Ermənistanda bu hadisələr daha çox müzakirə olunacaq və qarşıdurma davam edəcək”.
E.Hüseynbəyli məkirli düşmənimizə heç vaxt inanmayacağımızı və həmişə ehtiyatlı olacağımızı bildirib:
“Azərbaycan isə öz ərazi bütövlüyünü qorumalıdır, ermənistanla təmass xəttimizdə öz postlarımızı qurmalıyıq, sərhəd qoşunlarımızı və onun arxasında isə özümüzün milli ordumuzu yerləşdirməliyik. Heç vaxt düşmənə arxayın olmaq olmaz. Çünki onlar elə məkirli bir millətdirlər ki, dəfələrlə deyiblər ki, biz qayıdacağıq, qisasımızı alacağıq. Amma nəyin qisasını alacaqlarını hələ bilmirlər, əslində onlar özlərindən qisas almalıdırlar. Niyə bu müharibəni başlatdılar? Azərbaycanlılar da, ermənilər də öz ev-eşiyində rahat yaşayırdı. Ermənilərə hər hansı bir təcavüzdən söhbət gedə bilməzdi. Onların dənizdən-dənizə böyük Ermənistan xülyası başlarını xarab elədi. İndi Zori Balayan hardadır, yenilməz erməni ordusundan, millətindən danışırdı. Bu hadisələrdə isə üzə çıxmadı, çünki o bilirdi ki, bu müharibənin başlanmasında, düşmənçiliyin qızışdırılmasında onun da böyük rolu var və ona görə də prezident demişkən qaçıb siçan kimi hardasa gizlənib”.