“Mən o qədər ağladım ki, təsəvvür edə bilməzsiniz necə sevinirdim”
Bunu açıqlamasında Əməkdar artist Aybəniz Haşımova deyib:
“Bundan böyük sevinc ola bilməz. Bu gün biz Şuşanı işğaldan azad etmişik, Şuşa özümüzə qayıdıb. Yatsaq, yuxumuza girməzdi ki, 30 ilə yaxın əsirlikdə olan Şuşa torpağımız ovucumuzun içində olacaq. Mən o qədər ağladım ki, təsəvvür edə bilməzsini necə sevinirdim. Hönkür-hönkür ağlayırdım. Fəvvarələr meydanında coşqu edən insanların arasındaydım, rəqs edən uşaqlara qoşulub rəqs etmək istəyirdim, amma utanırdım. Yəni bu qədər mən Şuşa xəbərindən sevincliydim. Dövlətimiz illərdir ki, işğalda olan torpaqlarımızı azad etmək üçün bu proqramla iş aparır. Şükür bu günümüzə. Bu çox böyük bir nəticədir. Allahın izni ilə torpaqlarımızda nə qədər yağı düşmən varsa, necə bizim camaatımızı evindən qovmuşdular, indi özləri rədd olacaqlar bizim torpaqlardan. Əslində İrəvan da bizim torpağımızdır, yüz illik müqaviləmizin vaxtı başa çatıb və düşünürəm ki, İrəvanı da geri qaytarmağın vaxtıdır”.
Əməkdar artist erməniləri xəstə təxəyyüllü bir toplum adlandırıb və onların özlərinə yalançı tarix düzəltiyini bildirib:
“Ermənilər iddia edir ki, guya 300 il bundan qabaq onlar bizim torpaqlarda doğulublar. Təbii ki, Azərbaycan bütün ölkələrə qapısını açıq qoyub. Mən həmişə xarici vətəndaşları Azərbaycanı sevdikləri üçün burda yaşayan görmüşəm. Amma bu millətlərin içində ermənilər qədər ikinci bir həyasız millət görməmişdim. Azərbaycan xalqı daim ermənilərə hörmət edib, süfərsinin başında oturdub. İndi hamısı Paşinyana hücum edirlər, görüm elə Paşinyan ölsün, siz ermənilər də ona başdaşı olun. Bizim yerlərdən gedəndə baxırsan ki, unitazlarını belə söküb aparırlar, bunlar canları əvəzinə, unitaz dərdi çəkirlər. Bəs bizim millətimizin Qubadlıda, Cəbrayılda dolu evləri qoyub gəlmələrinə nə deyirsiniz? Unitazı, qapı-pəncərəni çıxarıb, evləri yandırıb getmələri ermənilərin səviyyəsindən xəbər verir. Bunlar görün nə qədər aciz millətdirlər. Fikirləşirlər ki, birdən Ermənistanda unitaz tapmazlar”.
Əməkdar artist dövlət başçımıza və ordumuza öz minnətdarlığını bildirib:
“Mən millətimə, dövlətimə bundan da o yana uğurlar arzu edirəm. Azərbaycanın igid əsgərləri hər zaman igidlikləri ilə bariz nümunə olublar, qəhrəman oğullarımız həmişə qəhrəmanlıq salnaməsi yazıblar. Azərbaycan anaları həmişə igid doğublar. Mən bilirəm ki, o doğulan igidlərin böyük bir nəsli, kökü yenə dünyaya gələcək. Azərbaycan qadını heç vaxt başkəsən doğmur və onun erməni anasından fərqi budur. Əgər məni başkəsənə çevirirsənsə, demək səbəbkarı sənsən. Sən mənim millətimin torpağından ayağını çək, nə başın, nə ayağın, nə də həyatın kəsilsin. Millətimə daim qələbə arzu edirəm. Ali Baş Komandanımıza bütün sənət adamları adından minnətdarlığımı bildirirəm, çünki bu böyük bir qələbə salnaməsidir. Azərbaycan prezidenti görünməz bir işi həyata keçirdi və bundan sonra da Azərbaycan üçün nələr edəcəyinə inanıram və güvənirəm. Ordumuzun, dövlətimizin qarşısında ona görə baş əyirəm ki, bu sevincli günləri bizə yaşatdı”.