Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiya sülhməramlıları Xankəndiyə daxil oldu






Dağlıq Qarabağda atəşin dayandırılması rejiminə bütün təmas xətti boyunca riayət edilir.

“Report” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov keçirdiyi brifinqdə bildirib.

"Bu gün Rusiya sülh kontingentinin ön bölmələri atəşin dayandırılması haqqında razılaşmanın və Dağlıq Qarabağ ərazisində döyüş hərəkətlərinə nəzarət üzrə məsələlərin icrasına başladı. Atəşin dayandırılması rejiminə bütün təmas xətti üzrə riayət edilir", - o deyib.

"On beşinci əlahiddə motoatıcı briqadanın sülhməramlı batalyonu saat 17:00-da Xankəndi şəhərinə girdi", - xəbərdə deyilir.

Əlavə edilir ki, Dağlıq Qarabağda və Laçın dəhlizində təmas xətti boyunca 10 müşahidə postu açılıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də