“Caliber” “Youtube” kanalı Azərbaycanın Vətən müharibəsində qalib gəlməsi ilə bağlı təhlil xarakterli material hazırlayıb.
Materialda qeyd olunur ki, hazırda cəbhədə məğlub olub kapitulyasiya sənədi imzalamağa məcbur qalan Ermənistanda ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda hökm sürən vəziyyətə oxşar proseslər cərəyan edir. Azərbaycanda qələbə bayram edildiyi halda, Ermənistanda matəm əhval-ruhiyyəsi müşahidə olunur.
“Caliber” həmçinin tərəflər arasında imzalanmış sənədlə Azərbaycanın əldə etdiyi uğurları da ətraflı şəkildə təhlil edib.
Ətraflı videoda: