Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"İllərdir sənətimə ara vermişəm, amma Qarabağ torpağına, Şuşaya ayağım dəysə..."






“Qələbəmiz münasibəti ilə o qədər sözlər söyləyə bilərəm ki.. Ürəyimdə o qədər sözlər var ki.. Neçə gündür gözümüz sevincdən yaşarır və quruyur. Türk qardaşlarımız də bizim qədər sevinirlər, mənə zəng edib təbrik edirlər. İllər öncə “Sıravi Əhməd” mahnısını oxumuşdum.. Mənə zəng edib o mahnını dinlədirlər, mən də sevincdən ağlayıram”.

Bu sözləri Moderator.az-a açıqlamasında Türkiyədə yaşayan məşhur müğənni, bəstəkar Emin Sabitoğlunun həyat yoldaşı Xədicə Abbasova deyib. O uzun illərdir sənətinə ara verdiyini də bildirib:

“Türkiyə qürbət ölkə deyil, amma mən də bu dəqiqə Azərbaycanda olmaq istəyirəm. Ürəyim ölkəm üçün çırpınır. Bilirsiniz ki, illərdir sənətimə ara vermişəm, çoxdandır oxumuram. Amma Qarabağ torpağına, Şuşaya ayağım dəysə sənətə dönüşüm də yarana bilər, yenidən oxuya bilərəm. Cənab prezidentin hər çıxışını səbrsizliklə gözləyirdik, onun jestləri, hərəkətləri bizim ürəyimizi titrədirdi. Qələbə bizimdir, Qarabağ bizimdir. Can, can Azərbaycan” deyə sənətkar bildirib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də