Azərbaycanda qələbə günü qeyd edilir.
Sevinənlər arasında öz yurdlarından uzun illərdir uzaq düşən kəlbəcərlilər də var.
Prezident İlham Əliyevin müjdəli xəbərindən sonra Kəlbəcər rayonundan olan soydaşlarımız Gəncə şəhərində yerləşən Kəlbəcər Rayon İcra Hakimiyyətinin binasının qarşısına yığışaraq sevinclərini bölüşüblər.
Qələbə tədbirində Kəlbəcər Rayon İcra Başçısı Azər Qocayev və hüquq-mühafizə orqanları iştirak edib.