Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 50 minik avtomobilini müharibə əlillərinə təqdim etdi






Müharibə əlillərinə daha bir dövlət qayğısı...

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin əldə etdiyi böyük Qələbələr hər bir ölkə vətəndaşı kimi, müharibə əlillərində də sonsuz iftixar hissi yaradıb. Dövlət Bayrağı Günündə tarixi və müqəddəs Azərbaycan şəhəri Şuşada bayrağımızın dalğalanması bu bayrama xüsusi məna qatır. Onlar müzəffər Azərbaycan Ordusunu alqışlayır, əsgərlərimizin rəşadəti ilə fəxr edirlər.

Bu fikirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 50 minik avtomobilinin imtiyazlı şəxslərə təqdim edilməsi tədbirində vurğulanıb.

Avtomobillər Qarabağ və İkinci Dünya müharibəsi əlillərinə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib.

Tədbirdə Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov bildirib ki, Ordumuzun bu haqq savaşında bir-birinin ardınca tarixi zəfərlər əldə etdiyi, ərazilərimizin Ermənistanın işğalından azad edildiyi bu günlərdə şəhid ailələrinin və müharibə əlillərinin mənzillə, müharibə əlillərinin avtomobillə təminatı tədbirləri də uğurla davam etdirilir. Prezident İlham Əliyevin həssas əhali qruplarına, müharibə əlillərinə xüsusi qayısı nəticəsində bu tədbirlər ildən-ilə geniş vüsət alır. Bu il imtiyazlı şəxslərə 400 avtomobil verilməsi nəzərdə tutulub ki, onlardan böyük hissəsi artıq verilib, qalanları da ilin sonuna qədər veriləcək. İndiyədək 6964 minik avtomobili müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə təqdim edilib.

Həmçinin, 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda olmaqla, azı 1500 mənzil və fərdi ev verilməsi işləri aparılır, onlardan artıq böyük əksəriyyəti verilib. Ümumilikdə ötən dövrdə 8318 mənzil və fərdi ev şəhid ailələrinə və müharibə əlillərinə verilib.

Yeni minik avtomobii ilə təmin olunan vətəndaşlar onlara göstərilən yüksək qayğıya, minik avtomobili ilə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də