Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Hakobyan qurduğu qadın ittifaqının 10 günlük təlim sonrası müharibəyə hazır olduğunu bildirib.
Moderator.az xəbər verir ki, son olaraq sosial media hesabı vasitəsi ilə açıqlama verən Anna Hakopyan "Birliyimiz, 10 günlük təlimdən sonra müharibədə öz vəzifəsini yerinə yetirməyə hazırdır" şəklində paylaşım edib.
Qeyd edək ki, Anna Hakobyan keçdiyimiz günlərdə müharibədə məğlub olaraq qorxuya düşən Ermənistan ordusunu düşdüyü vəziyyətdən xilas etmək üçün qadınlardan ibarət ordu yaratmaq qərarına gəlmişdi.