Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Dünyada gec də olsa Azərbaycan həqiqətlərini anlamağa başlayıblar...”






Xəbər verdiyimiz kimi Xocalı faciəsindən bəhs edən “Sonsuz dəhliz” filmi “Amazon Prime”da yerləşdirilib.

Moderator.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, kinoprodüser Müşfiq Hətəmov bunun olduqca uğurlu bir addım olduğunu bildirdi:

“Film haqqında məlumatım var, bununla bağlı mənə çox zənglər olub, hamı bu filmin kefiyyətindən danışır. Filmin “Amazon Prime”da yerləşdirilməsi bizim üçün çox böyük uğurdur. Bununla yanaşı, Xocalı faciəsiylə bağlı il boyu işlər görülüb. Mədəniyyət Nazirliyi bununla bağlı müxtəlif dillərdə kitablar çap edib. “Sonsuz dəhliz”in “Amazon Prime”da yerləşdirilməsi artıq dünyada Azərbaycana münasibətin başlanğıcıdır. Düşünürəm ki, dünyada gec də olsa Azərbaycan həqiqətlərini anlamağa başlayıblar”.

Qeyd edək ki, Xocalı soyqırımından bəhs edən “Sonsuz dəhliz” sənədli filmində hadisələr faciə şahidlərinin litvalı jurnalist Riçard Lapaitislə söhbəti ilə təqdim olunur. Filmin çəkilişləri 5 il davam edib. Onu da qeyd edək ki, “Amazon” yalnız ABŞ və Böyük Britaniyada 110 milyondan çox üzvü olan dünyanın ən böyük onlayn pərakəndəçisidir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də