Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

""Qarabağ Azərbaycandır!" yazmağa qorxan şirkətlər Azərbaycan xalqının üzünə necə baxacaqlar?!"






Millət vəkili,İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimlinin Milli Məclisin 6 noyabr tarixli iclasındakı çıxışının əsas məqamlarını təqdim edirik:
          
"Müzəffər Ordumuz 41 gündür ki, hər gün orta hesabla 5-6 yaşayış məntəqəmizi işğaldan azad edə-edə möhtəşəm bir tarix yazır. Noyabrın 9-u Dövlət Bayrağı Günü,12-isə Konstitusiya günüdür.Arzu edirik ki,şanlı ordumuz  həmin əlamətdar günlərə Şüşa  və digər yaşayış məntəqələrimizi də düşməndən azad etməklə daha geniş miqyaslı töhfələr versin,bizi sevindirsin.
         
Bu günlərdə bütün Azərbaycan cəmiyyəti Ordumuzun, dövlətimizin dəstəklənməsi istiqamətində səfərbər olub. Milli Məclis daxil olmaqla bütün dövlət qurumları bir aylıq maaşlarını  Silahlı Qüvvvələrə Yardım  Fonduna köçürüblər. Hərə əlindən gələn qədər Ordumuza dəstək verməyə çalışır. Təkcə bu ilin oktyabrın əvvəlindən noyabrın  əvvəllərinədək Silahlı Qüvvvələrə Yardım  Fonduna digər valyutalarla daxilolmaları da nəzərə almaqla, 100 milyon manata yaxın  vəsiat daxil olub.Qısa zamanda Silahlı Qüvvvələrə Yardım  Fonduna kifayət qədər böyük vəsaitin daxil olması  maddı durumndan asılı olmayaraq hər kəsin ordumuza dəstək olmağa,öz töhfəsini vermək istəyinin nümunəsidir.
      
Çox yaxşı haldır ki,hər gün vətənpərvərliyin, orduya sevginin yeni yeni formaları ilə qarşılaşırıq.Bu baxımdan, şəhid aillərinin kredit borclarının silinmısi istiqamətində atılan addımları  müsbət qiymətləndiririk.Amma bu addımı yetərli hesab etmirik. Hazırda döyüşdə iştirak edənlərin ailəsinin borcu varsa, onlara da güzəştlər edilməsini çox vacib sayırıq. Eyni zamanda Vətən müharibəsində şəhid və qazi olan şəxslərin yalnız banklara deyil, bütün digər qurumlara da olan borcları ilə bağlı addımlar atılmasını zəruri hesab edirik. 
          
Bəzi şirkətlər sosial məsuliyyətini dərk edərək müəyyən addımlar atırlar. Bir sıra şirkətlər Silahlı Qüvvələrə Yardım  Fonduna müəyyən məbləğdə köçürmələr ediblər. Bununla belə   təəssüf ki, hələ ki,bunu  bütün özəl qurumlar barədə söyləmək olmaz. Bəzi xarici şirkətlər isə öz səhifələrinə «Qarabağ Azərbaycandır!» sözünü yazmaqdan qorxurlar. Əmin olsunlar, Qarabağ tam azad olunacaq. Həmin «Qarabağ Azərbaycandır!» yazmağa qorxan şirkətlər Azərbaycan xalqının üzünə necə baxacaqlar?! Hazırkı həssas bir dövrdə xarici şirkətlərin  də öz mövqeyini, öz dəstəyini ortaya qoymalarını zəruri hesab edirik.Şirkətlər birbaşa dəstək verməkdən  çəkinirlərsə, onda heç olmasa şəhid ailələrinə kömək etsinlər.Bir də ki, müharibədən sonra həmin şirkərlər daha çox qazanmaq şansları əldə edcəklər.Hesab edirk ki,bu məsələdə  öz mövqeyini,öz dəstəyini ortaya qoymuş şirkətlərə üstünlük verilməlidir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də