Bölgənin 30 illik işğal dövrü bitdi. Vətən müharibəsi də qələbəmizlə bitəcək. Az sonra böyük quruculuq işlərinə başlanacaq. Görüləcək işlərimiz isə hələ çoxdur...
Ölkəmizdə müharibə gedir. İşğalçı Ermənistanın 30 ildən bəri zəbt etdiyi Qarabağ və ətraf bölgələrin azad edilməsi uğrunda rəşadətli Azərbaycan Ordusunun apardığı haqq və ədalət savaşı heç şübhəsiz, zəfərlə başa çatacaq. Artıq bir aydan çoxdur ki, davam edən II Qarabağ Vətən Müharibəsindən ard-arda gələn qələbə xəbərləri işğal altındakı torpaqlarımızın tez bir zamanda azad ediləcyini deməyə əsas verir... Kifayət qədər bol təbii ehtiyatlara malik olan ölkəmiz az zaman içində iqtisadi qüdrətini daha da artıra biləcək sənaye komplekslərinin və kənd təsərrüfatı sahələrinin yaradılmasına nail olacaqdır. Bunların sırasında “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və SES xüsusi əhəmiyyət kəsb edir. İşğal altından yenicə çıxmış bölgə üçün bu qurğular həm suvarma şəbəkəsinin qurulması, həm də elektrik enerjisi ilə təminatı baxımından əvəzsiz rol oynayacaq. Bunların faydası haqqında çox danışmaq istəmirik. Bizi maraqlandıran bir nüansa diqqəti cəlb etməklə, bir neçə təklif verməyi lazım bilirik:
Məlumdur ki, “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və SES-in tikintisi ilə əlaqədar rayonun Xələfli stansiyası və Qumlaq kəndləri de-yure və de-fakto yaradılacaq genişmiqyaslı iri su hövzələrinin altında qalacaq.
Əlbəttə, Azərbaycan dövləti müharibə bitdikdən dərhal sonra işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işlərinə başlayacaq. Əzəli yurd yerlərimizdə infrastrukturlar yaradılacaq, yaşayış binaları inşa ediləcək və məcburu köçkünlərimizin öz doğma ocaqlarına qayıdışı dövlətimiz tərəfindən təmin ediləcək. Əhalinin güzaranını yaxşılaşdırmaq üçün iş yerləri açılacaq, təsərrüfat işlərinə başlanacaq, turizm bazaları fəaliyyət göstərəcək. Bir sözlə, 30 ildir ki, iş-ğal altına alınmış Qarabağ və ətraf bölglərdə həyat təzələnəcək və tamamilə yeni mərhələnin şahidi olacağıq.
Bəri başdan qeyd edək ki, Cəbrayıl rayonunun 5 kəndi - Qumlaq, Dərzili, Məstalıbəyli, Xələfli stansiyası və Xudafərin kəndləri ərazidə, Araz çayı üzərində tikilməkdə olan Qız Qalası və Xudafərin su qovşaqları ilə əlaqədar köçürüləcək. Adları çəkilən bu kəndlər Kiçik Qafqaz sıra dağlarının bir hissəsi olan Diri dağ silsiləsinin güney ətəyində, Araz çayının sol sahilində, düzənlik ərazidə bir-birinə yaxın məsafələrdə yerləşirdi. “Bakı-İrəvan”, “Bakı-Şərur” və “Bakı-Qafan” dəmir yol xətlərinin ətrafında nizamla düzülən həmin kəndlər İran İslam Respublikası ilə həmsərhəd idilər. Hidroqovşaqların inşası indi bu kəndlərin öz tarixi məkan-larından köçürülməsi zərurətini yaratmışdır və bu qaçılmazdır. Hələ Sovet dövründə belə söz gəzirdi ki, bu kəndlər Diridağın quzey ətəyinə, “Ceyran düzü” deyilən yerə köçürülüb
burada yeni yaşayış məskəni salınacaq. Başqa versiyalar da var idi. O illərdən çox ötüb. İndi bu problemin həlli müstəqil Azərbaycan dövlətinin öz ixtiyarındadır. Şübhə etmirik ki, işğaldan azad edilmiş bölgələrimizdə həyata keçiriləcək tədbirlər düşünülmüş və səmərəli olacaqdır. Bunula belə bəzi fikrlərimizi bölüşmək istərdik. Birincisi, yuxarıda adları çəkilən və Qumlaq kənd nümayəndəliyinə daxil olan 5 kənd birləşdirilərək yeni şəhər təşkil olunsun. Yeni salınacaq şəhər Diri dağlarının güney üzündən eyni istiqamət olmaqla dağın quzey ətəyinə köçürülsün və Xudafərin kəndi ilə paralel yerləşdirilsin. Yeni şəhərə tarixi Xudafərin körpülərinin adını daşıyan XUDAFƏRİN adı verilsin. Erməni işğalçıları tərəfindən dağıdılmış Xudafərin kəndinin xarabalıqları isə turizm üçün əhəmiyyətli ola biləcək möhtəşəm və zəngin bir muzeyə çevrilsin. Bilməyənlər üçün xatırladaq ki, körpülərin hər iki başında eyni adlı yaşayış məntəqələri olub. İranda Xudafərin vilayəti və bizdə Xudafərin kəndi. Cəbrayıl ərazisindəki kənd işğala məruz qalıb. Yeni yaradılacaq şərti Xu-dafərin şəhərinə Diri dağ silsiləsinin Xudafərin kəndi istiqamətindən yol çəkməklə birbaşa gediş-gəlişi təmin etmək olar. Əgər burda muzey yaratmaq mümkün olacaqsa, turizmin inkişafına ciddi dəstək olacağı şəksizdir. Xudafərin kəndinin xarabazara çevrilmiş qalıqlarını nümayiş etdirməklə erməni vandalizminin xarakterini dünyaya və gənc nəslə təqdim etmək olar. Azərbaycanın müasir tari-xində şərəfli bir mərhələ kimi qalacaq Qarabağ Vətən Müharibəsini əks etdirən memuar - xatirə kompleksi yaratmaq, şəhidlərlərimizin adlarını əbədiləşdirmək məqsədilə xatirə lövhəsi də hazırlamaq olar. Burada muzey kompleksinin təşkili də çox faydalı olardı. Bunun üçün ərazidə hər cür imkanlar vardır. Əvvəla, Diri dağı özü kompleks təbiət abidəsi kimi olduqca maraqlıdır: burada yaşı yüzillikləri adlamış çinar ağacları, təbii nar, üzüm və əncir bağları, şəfalı su mənbələri, habelə diqqəti cəlb edən geoloji-tarixi abidələr, anaxanlıq dövrünün nişanəsi kimi Mazannənə və Mərmər nənə türbələri, dini ocaqlar, pirlər, XV-XVI əsrlərdə yaşayıb-yaratmış Azərbaycan klassik aşıq sənətinin banisi, haqq aşığı, el şairi Dirili Qurbaninin məzarları, qədimliyimizi və mühüm tarixi məqamları özündə yaşadan toponimlər, sıldırım sal qayalıqlar, Xudafərin körpülərinin zaman-zaman müxtəlif tarixi hadisələr səbəbindən dağılmış hissələri, habelə Araz çayının sahilindəki yüksəklikdə ucaldılmış və XII-XIV əsrə aid “Qız Qalası” memarlıq abidəsinin (təəssüf ki, qala iki ay öncə düşmənlərimiz tərəfindən təxmini məlumatlara görə, dəfinə axtarışı niyyətilə bünövrəsindən tamam sökülmüşdür), habelə bir sıra qədim yaşayış məskənlərinin qalıqları, əzəmətli dağın altından dəmir yol xəttinin keçib getməsi üçün 1928-ci ildə inşa olunmuş və mühəndis konstruksiyasi ilə diqqəti cəlb edən taxçalı tunel, əlbəttə, bura gəzintiyə gələnlər üçün 30 ilə yaxın işğal altında qalıb unudulan və yağıların tapdağına çevrilmiş bir bölgənin, eyni zamanda ölkəmizin tanınması və təbliği baxımından turizmin inkişaf etdirilməsində əhəmiyyətli rol oynaya bilər.
Yeri gəlmişkən, quruculuq işləri zamanı Xudafərin körpülərinin dağılmış hissələrinin və XII-XIV əsrə aid “Qız Qalası” memarlıq abidəsinin bərpası məsələsi də nəzərə
alınmalıdır. Əgər belə bir şəhər salınacaqsa, onun yerinin ilk olaraq Mazannənə Ocağının quzey üzünün olması təklifini verərdik ki, bu da “Xudafərin şəhəri-Xudafərin kəndi” marşurtu üçün səciyyəvidir Həm də ona görə ki, məhz buradakı qədim yaşayı məskənlərinin izlərini ehtiva edən arxeoloji materiallar diqqəti cəlb edir və qənaətimizə görə əski Diri kəndi əsrlər öncə burada formalaşmışdır. Bu da çox böyük ehtimalla ərazini səyahət edən turistlərin maraqlarına uyğun olacaqdır.
Göründüyü kimi, zənnimizcə, təklif olunan Xudafərin şəhərinin ərazidə, xüsusilə, Diri dağ silsiləsinin ətəyində salınması məqsdəuyğundur. Bu şəhərin adını şərti “Diri”, “Diridağı” və “Dirili” də adlandırmaq olar. Qeyd etmək lazımdır ki, ərazidən köçürüləcək kəndlərin sakinləri özlərini diridağlılar, dirililər hesab edirdilər ki, bu da təsadüfi deyil. XV-XVI əsrlərdə yaşayıb-yaratmış Azərbaycan klassik aşıq sənətinin banisi, el şairi, haqq aşığı Dirili Qurbani məhz burada - Diri kəndində doğulmuş və vəfat etmişdir. Ustad aşığın qəbri də elə bu kənddə, Araz çayının sol sahilində Diri dağının zirvəsində qərar tutub... Yeri gəlmişkən, işğaldan əvvəl - 1980-cı ilin sonlarında ərazidə şəhər salınması ilə əlaqədar söhbətlər gəzirdi. Məsələn, deyirdilər ki, Araz su qovşağının tikilməsi nəticəsində su altında qalan kəndlərin əhalisi və qovşaqda işləyənlər üçün şəhər salınacaq - Mingəçevir, Şirvan, Sumqayıt şəhərləri kimi. Eyni zamanda ərazidə bir neçə istehsal müəssisələrinin yaradılması planlaşdırılırdı. Bunlara şifer, əhəng, sement, şəkər kimi zavodların, xalçaçılıq, ipəkçilik, toxuculuq və s. istiqamətində ixtisaslaşmış fabriklərin nəzərdə tutulan inşasını misal göstərə bilərik.
Bunlaın həyata keçirilməsi üçün rayon ərazisində bir çox təbii ehtiyatların zəngin yataqları vardı. Belə ki, Cəbrayıl rayonu zəbt edilməmişdən öncə burada 6644 min ton sement xammalı, 2937 min kubmetr mişar daşı ehtiyatı, 296 min kubmetr gilin və 1325 min ton gəcin, 4130 min ton qum və çınqılın sənaye ehtiyatı, 5226 min ton tikinti daşının, 1348 ton xalsedon və 504 ton yəşəm ehtiyatı, həmçinin gips, anhidrit və gəcin 5,74 mln. ton, 3,73 mln. kubmetr pemza və vulkan külünün, 0,88 mln. kubmetr gilin, 8,63 mln. ton qumun proqnoz ehtiyatı var idi. Fikrimizcə, bu cür təbii xammal ehtiyatlarının işğalçı ölkə tərəfindən nə qədərinin istismar edildiyi və ya dağıdıldığı məlum deyilsə də, yerli sahibkarların və xarici investorların cəlb olunması hesabına kifayət qədər xammal əldə etmək mümkündür. Müharibə bitdikdən dərhal sonra ərazidə başlanacaq böyük quruculuq işlərinə yeni, səmərəli layihələrin həyata keçirilməsi təkan verəcək və azad edilmiş torpaqlarımızda ərazinin sürətli inkişafı təmin olunacaqdır. O zaman yeni yaşayış məntəqəsi, həm Xudafərin SES-dən əldə olunan enerjinin, həm burda fəaliyyətə başlayacaq sənaye müəssisələrinin hesabına qısa zamanda sürətlə inkişaf edərək bölgənin ən yaxşı şəhərlərindən birinə çevriləcəkdir. Bundan başqa, SES-lə bərabər inşa edilən “Qız Qalası” dəryaçası isə böyük bir ərazidə suvarma şəbəkəsinin qurulmasında əsaslı rol oynayacaqdır ki, bu da bölgənin iqtisadiyyatının yenidən dirçəliməssində misilsiz əhəmiyyətə malikdir. Əlbəttə, köçürülmə ilə əlaqədar Bakı-Şərur dəmiryol xəttinin bu istiqamətdən
çəkilməsi həm əlverişli, həm də məqsədəuyğun olardı. Dəmir yolunun burdan keçməsinin əhəmiyyəti sərnişiin və yük daşınma ilə bağlı olsa da, qeyd etmək yerinə düşər ki, işğaldan öncə bu əraziyə köçürüləcək əhalinin əsas məşğuliyyəti dəmiryolu ilə bağlı olmuşdur. Deməli, əhalinin əksər hissəsi məhz dəmiryolçu idi. Yerdəyişmə zamanı bunun nəzərə alınması vacibdir.
Diri dağı camaatının köçürülməsi prosesində düşünürəm ki, yuxarıdakı məsələlərin nəzərə alınması işin xeyrinə olardı. Əgər köçürüləcək əhalinin yerlədirlməsi birləşik şəkildə deyil, təsrrüfat sahələrinin yaradılması məqsədilə kənd-kənd bölünsə, bu zaman, onların əvvəlki məşğuliyyət fəaliyyəti də gərək nəzərə alınsın. Yəni, yeni təsərrüfat sahələrinin yaradılması çərçivəsində onlara maksimum kö-məklik göstərilməlidir. Qeyd edək ki, respublikamızda o qədər də əhəmiyyət verilməyən keçiçilik təsərrüfatının inkişaf etdirilməsindən ötrü Diridağları əməlli-başlı münbit şəraiti olan yerdir. Diridağının təbiəti həmçinin, balverən bitkilərlə zəngin olduğu üçün burada arıçılıq təsərrüfatının yaradılması iqtisadi cəhətdən sərfəlidir. İpəkçilik üçün tut toxmacarlarının salnması, bol sellüloz mənbəyi kimi əazidə geniş və gur şəkildə yayılmış qarğı sahələrinin artırılması kağız-karton xammalı kimi diqqəti cəlb edir.
Diri dağ silsiləsinin quzey üzü ağac, kol və yarımkol, eləcə də növmüxtəlifliyi ilə seçilən ot bitkilərinin çoxluq təşkil etməsi səbəbindən, tez-tez xəfif və sərin küləklərin əsməsi, qarın gec əriməsi, qalın və sıx gölgəlik burada insana yaylaq təsiri bağışlayır. Yayın qızmar günəşində istilərin tüğyan etdiyi güney üzdən fərqli olaraq, Diridağın quzeyi, gerçəkdən sərin nəfəsi ilə dağ havasına oxşayır. Əlbəttə, Diri dağının quzey üzünün sərinliyi dincələmək üçün əla şəraitdir və Diri camaatının yüz illərlə öyrəşdiyi bu cür iqlim mühitindən onu ayırmaq doğru olmazdı. Belədə, ən azı 30 illik ayrılıqdan sonra doğma yurd yerləirinə, ata-baba ocağına qovuşmaq istəyi qədim Diri kəndinin müasir əhalisini yenidən o doğma yerlərə çəkir: ya XUDAFƏRİN adlı yeni Şəhərə, ya da hər birinin fərdi təsərrüfata malik 5 birləşik kənddən ibarət DİRİ adlı yeni Qəsəbəyə...
Yusif DİRİLİ (Mahmudov),
Tarix üzrə fəlsəfə doktoru