Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

TRT üzr istədi, təxribat törədən əməkdaşlarını işdən qovduğunu açıqladı...






“Azərbaycan mülki şəxslərə hücum edir” yazısının böyük qınağa səbəb olmasından sonra TRT üzr istəyərək bu işdə “əli” olan presonalın işdən çıxarıldığını bildirib.

Qardaş Türkiyənin TRT kanalı dünən Dağlıq Qarabağda yaşanan son vəziyyətlə bağlı süjet hazırlayıb. Lakin qəfildən ekrana izləyiciləri təəccübləndirən yazı gəlib. Müxbirin çıxışı zamanı ekranda “Azərbaycan mülki şəxslərə hücum edir” yazısı yer alıb. Reportajın sonuna qədər yazı ekranda qalıb.

Sosial mediada böyük təpkiyə səbəb olan mövzuyla bağlı TRT kanalından açıqlama verilib. Ekrandakı yazıyla bağlı üzr istəyən TRT, bu işdə məsul olan presonalın işdən qovulduğunu bildirib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də