Azərbaycan ordusuna əsir düşmüş, Ermənistanın Gümrü şəhərinin Adventist kilsəsinin pastoru Hovsep Saakyan Araratoviç həmvətənlərinə müraciət edərək onları silahı yerə qoymağa, başqalarının torpağında vuruşmamağa səsləyib.
Ermənistan hərbi-siyasi rəhbərliyinin din xadimlərini orduya çağırması düşmən ordusundakı insan resursu çatışmazlığı ilə yanaşı, həm də onların dinə münasibətini də əks etdirirmi?
Moderator.az-a açıqlama verən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev ermənilərin dinə olan münasibətinin də saxta olduğunu vurğuladı:
“Ermənilərin “tarixin atası” adlandırdıqları Moisey Xorenatsi hələ 1300 il bundna öncə yazırdı ki, ermənilərin dinə olan münasibəti yalandır. Onların tarixən dövləti olmadığına görə, ermənilərdə kilsə dövlət statusunda çıxış edib. Bu gün də eyni siyasəti davam etdirirlər. Baxmayaraq ki, 100 il bundan öncə Azərbaycan ərazilərində bir dövlət yaradıblar. Lakin yenə də bu adətlərindən əl çəkə bilmirlər.
Bütün dinlərin qırmızı xətti ondan ibarətdir ki, öldürmək, oğurlamaq, pislik eləmək olmaz. Hər bir səmavi dində bu var. Ermənistanın insan resursu yoxdur. Ermənistanı son 2-3 il ərzində bir milyondan çox adam tərk edib. Ölkəni tərk edənlərin çoxu da gənclərdir. Buna görə də din xadimlərini, qadınları orduya cəlb etməklə bu boşluğu doldurmağa çalışırlar.
Ermənilərin ağılları olacaqsa, əsir din xadimlərinin müraciətini dinləyəcəklər, olmayacaqsa, bunun nəticələrinə qatlaşmalı olacaqlar”.