Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Kəlbəcər qızıl mədənindəki gəlirlə hərbi büdcəmizi tam mənada maliyyələşdirə bilərik”



"Eybi yox, qoy yandırsınlar, 10-20 ildən sonra Şuşanın, Kəlbəcərin yanmış meşələri yenidən göyərib çıxacaq"


“Əlbəttə, ermənilərin etdiyi ekoloji bir qətliamdır, bunun arxasında Paşinyan kimi şizofrenik düşüncə sahibləri, eyni zamanda, onun sərsəm həmkarları, milləti dayanır”

Bunu Moderator.az-a açıqlamasında şair Adil Cəmil deyib. A.Cəmil ermənilərin işğal altında olan torpaqlarımızın təbiətini, sərvətini talan etdiyini bildirib:

“Marksın bir sözü var, deyir ki, “insan mühitin meyvəsidir” və bizim də təbiətdə ermənilər ona görə duruş gətirə bilmirlər ki, çünki bizim mühitin, təbiətin meyvəsi deyillər. Onlar yadd bir ölkənin torpağının qatilinə ona görə çevriliblər ki, bu onların özününki deyil. İnsanın əli  heç yerə çatmayanda o gücünü təbiət üzərində sınayır. Əlbəttə, ermənilərin etdiyi ekoloji bir qətliamdır, bunun arxasında Paşinyan kimi şizofrenik düşüncə sahibləri, eyni zamanda, onun sərsəm həmkarları, milləti dayanır. Bəzən deyirlər ki, pis xalq yoxdur, onların içində pis insan var, amma mən deyirəm ki, erməni adlı millət yox, xislət var. Yəni dünyada faşizm özü ayrılıqda millət olmadığı kimi, illərlə xislət kimi yaşadı. Amma nə oldu, faşizm dünyada özünü rüsvaycasına təsdiq edəndə erməni də bu yandan faşizm kimi ortaya çıxdır. Yəni bir neo-faşizm deyilən bir şey yarandı və bu da erməni faşizmidir. O torpaq o təbiəti yetiribsə, eybi yox, qoy yandırsınlar, 10-20 ildən sonra Şuşanın, Kəlbəcərin yanmış meşələri yenidən göyərib çıxacaq. Ermənilər o torpaqları torbaya yığıb özləriylə aparası deyillər. Cənab prezident də çıxışlarında dedi ki, ermənilər torpaqlarımızı dərmə-deşik ediblər. Bunlar bu torpaqları talan ediblər, yeraltı-yerüstü sərvətlər baxımından Kəlbəcərin faydalı resursları digər rayonlarımızla müqayisədə daha çoxdur. Məsələn, Kəlbəcərdəki qızıl mədəninin il ərzində verdiyi təkcə o gəlirlə biz hərbi büdcəmizi tam mənada maliyyələşdirə bilərik. İnanın ki, bununla yanaşı, Kəlbəcərdə 400-dən çox narzan bulaqlar mənbəyi var, o bulaqların suyunu başqa ölkələrə ixrac etsəydik, Azərbaycan büdcəsinə xeyli vəsait daxil olardı. Həmçinin bizim meşələrdə palıd, cökə ağacları var və bunlar dünyada analoqu olmayan ağaclardır ki, mebel sənayesində çox işlənir. Bizim mərmər laylarımız olan dağlarımız var. Bizdə “Dəvə gözü” deyilən daş var və o nə səsi, nə də soyuğu içəri buraxır, bundan dövlət tikililərində, Amerikanın özündə bildiyimə görə istifadə ediblər. Yəni bütün bu varidatın indiki halda ermənilər tərəfindən istismarına bizim Ali Baş Komandanımız, ordumuz son qoyur və ümid edirik ki, bundan sonrakı həyatımızda bu şeylər o qədər toxunulmaz olmalıdır ki, biz canımızla, qanımızla təbiətimizi qorumalıyıq. Biz təbiətin övladıyıq”.

Qeyd edək ki, Ermənistan işğal etdiyi torpaqlarımızda 1815 hektar torpaq sahəsini məhv edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də