Şanlı Azərbaycan ordusunun böyük şücaət və xüsusi peşəkarlıqla həyata keçirdiyi döyüş
əməliyyatları nəticəsində düşmən tapdağı altında qalmış tarixi Azərbaycan torpaqlarının - Füzulinin,
Cəbrayılın, Zəngilanın, Xocavəndin, Hadrutun, Qubadlının, Tərtərin, Murov yüsəkliklərinin bir çox
əhəmiyyətli hissələri işğaldan azad edilmişdir. Üçrəngli Azərbaycan bayrağı azad olunmuş həmin
doğma ərazilərimizdə, eləcə də xalqımızın tarixi birlik və qəhrəmanlıq simvolu olan Xudafərin
körpüsü üzərində qürurla dalğalanmaqdadır. Hazırda işğal altında qalan digər ərazilərimizin də
erməni tapdağından azad edilməsi istiqamətində döyüş əməliyyatları əzmkarlıqla davam etdirilir və
inanırıq ki, yaxın vaxtlarda BÖYÜK QƏLƏBƏYLƏ başa çatdırılacaqdır. Azərbaycan xalqı cəbhədə
ordumuzun qələbələrinə öz töhfəsini vermək üçün Ali Baş Komandanın, Prezident İlham Əliyevin
ətrafında vahid yumruq kimi birləşmişdir. Əldə etdiyimiz qələbə sevincini bölüşmək və minnətdarlıq
hisslərini Ölkə rəhbərinə çatdırmaq üçün bir qrup Füzuli ziyalısı rayon ictimaiyyəti adından Ölkə
Prezidentinə müraciət ünvanlamışdır.
Müraciətdə deyilir:
Hörmətli CƏNAB PREZİDENT, CƏNAB ALİ BAŞ KOMANDAN!
İşğal altında olan torpaqlarımızın kəndlərimizin, şəhərlərimizin bir birinin ardınca azad olunması
üçün nümayiş etdirdiyiniz möhkəm iradə və qətiyyətinizlə qürur duyur, fəxr edirik ! Bu gün
xalqımızın illər ərzində davam edən iztirabına son qoyulur, torpaqlarımız işğaldan azad edilir. Uzun
illərin həsrətindən sonra gözlərdə sevinc göz yaşları, ürəklərdə qələbə şövqü yaşatdığınız üçün Füzuli
rayon ziyalıları adından Sizə minnətdarıq cənab Prezident!
Sizin ümumxalq çağırışınız, müdrikliyiniz, sərkərdəlik qabiliyyətiniz sayəsində ölkəmizdə
uşaqdan böyüyə hər kəs Vətən Müharibəsinə müsəlləh əsgər kimi səfərbər olundu. Heç bir kənar
qüvvə Sizin xalqla birgə vəhdətinizə təsir göstərə bilmədi. Bilirik ki, torpaqlarımızın azadlığı qansız
qadasız, itkilərsiz mümkün deyildir. Torpaq, uğrunda ölən varsa vətəndir. Sizin qələbə xəbərləriniz
hər bir evdə, hər bir eşikdə müjdə oldu, insanlarımızın ümid yeri, xalqımızın hər bir nümayəndəsi
üçün təsəlli oldu. Uzun müddət doğma yurdundan yuvasından didərgin düşmüş insanlar üçün qələbə
xəbərindən gözəl nə ola bilərdi. Biz tarixi bir dövrü yaşayırıq. Elə bir tarixi dövrü ki, tarixi ədalət
bərpa edilir. Gələcək nəsillərimiz Sizin Ali Komandanlığınızla torpaqlarımızın işğal altından azad
olunması üçün aparılan Vətən Müharibəsini, millətimizin qürur yeri, şərəf məsələsi, kitablarımızın
istinad , gənclərimizin öyünc yeri kimi daim xatırlayacaq.
Cənab Ali Baş Komandan, Hörmətli Prezident!
Vətənimizin hər bir guşəsi bizimçün əzizdir, doğmadır. Amma insanın doğulduğu yurd yuvanın,
ocağın, elin, obanın fərqli bir anlamı var. Həmin yerlərdə yaşanan xoş xatirələr, dədə babalarımızın
ruhu yuxu kimi heç zaman bizi rahat buraxmadı. Bu nisgili, bu qürbəti, bu kədəri götürdünüz
üzərimizdən Cənab Prezident.
Sizin Adınız, Sizin surətiniz işağldan azad olunmuş bütün torpaqlarımızda Ərgünəş dağı,
Məngəlanata kimi zirvələrdə heykəlləşəcək. Bu günləri, bu tarixi dövrü bizə yaşatdığınız üçün Sizə
minnətdarıq! Biz hər zaman Sizinləyik ! Sizin qələbələriniz dönməzdir, dönülməzdir ! Allah Sizi və
ailənizi qorusun ! Allah Ordumuzu və xalqımızı qorusun! Allah Sizə yar olsun!
Var olsun Azərbaycan! Var olsun Qarabağ! QARABAĞ AZƏRBAYCANDIR!
Füzuli rayon əhalisi və ziyalıları adından:
1. Akademik Hətəm Quliyev
2. AMEA m. üzvü, professor Arif Quliyev
3. AMEA m. üzvü, professor Akif Musayev
4. AMEA m. üzvü, professor Əli Nuriyev
5. Yazıçı Seyran Səxavət
6. Şair Vaqif Bəhmənli
7. Şair Çingiz Əlioğlu
8. Şair Cavad Zeynal
9. Nəbi Muxtarov
10. Aslan Mehtiyev
11. BAMF-ın prezidenti Umud Mirzəyev
12. Professor Məmməd Məmmədov
13. Professor Qalib Qarayev
14. Professor Təbriz Əliyev
15. Professor Şəfa Əliyev
16. Professor Qabil Əliyev
17. Professor Tofiq Nəcəfli
18. Professor Anar Abbasov
19. Dosent Hidayət Həsənov
20. Dosent Əlövsət Qaraca Əliyev
21. Dosent Təbriz Şamıyev
22. Dosent Rizvan Qarabağlı
23. Dosent Güntəkin Quliyeva
24. Dosent Rafiq Yusifli
25. Dosent Məhəbbət Nəcəfov
26. BAMF-ın vitse prezidenti Ramil Əzizov
və onlarla başqaları...