Müharibənin 37-ci günündə döyüş meydanında məğlub olan Ermənistan, son çarəni Rusiyadan yardım istəməkdə görsə də, gözlədiyi dəstəyi ala bilmədi.
Moderator.az xəbər verir ki, buna baxmayaraq hikkəli danışan Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovvanisyan, “Türkiyə və Azərbaycanı yeni sürprizlər gözləyir”- deyə o hər iki ölkəni təhdid edib.
Belə məlum olur ki, düşmən yenə mülki yaşayış yerlərimizi atəşə tutmaqla yeni təxribatlar törətməyi planlaşdırır. Çünki Azərbaycan Ordusu qarşısında ağır məğlubiyyətə uğrayan Ermənistan, üç dəfə atəşkəs istədi və bu anlaşmanın üçünü də özü bilərəkdən pozdu.
Ermənistan qardaş Türkiyənin Azərbaycana hətta mənəvi dəstəyini belə, heç cür qəbul edə bilmir.