Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Rus generalları təlimat verirdilər ki, döyüşdə 300 metrədək qarşıdakı hər kəsi məhv edin”

“Ermənilərin 1990-cı illərdən bəri belə etdiklərinin şahidiyik, bizsə onlara rəhm edirik...”




Tanınmış Qarabağ qazisi, istefada olan kəşfiyyat polkovniki Azay Kərimov açıqlamasında Azərbaycan ordusu ilə Ermənistan ordusunun dinc əhaliyə qarşı münasibət baxımından fərqlərindən bəhs edib. 

“Sovet dövründə Kiyev Ali Ümumqoşun Komandirlər  Məktəbində  təhsil alarkən sovet, rus komandirləri, generalları hərbi döyüş taktikası və kəşfiyyat dərslərində biz kursantlara -gələcək zabitlərə açıq şəkildə deyirdilər, təlimat verirdilər ki, müharibə zamanı sonradan arxadan sizə problem olmaması məqsədilə  qarşıda 300 metrədək məsafədə olan  bütün hərəkət edən texnika, canlı nə varsa; kişi, qadın, hətta uşaq olmasını fərq etmədən hamısını məhv edin. Ona görə ki,  bu gün onları salamat buraxsanız, sabah onlar sizi məhv etməyə çalışacaq. Bu gün sən onlara rəhm etsən, sabah onlar sənə rəhm etməyəcək. Deyirdilər ki, hətta itləri də məhv edin, çünki düşmənin xüsusi əhlilləşdirilmiş itləri  də ola bilər.  Bizə təlqin edirdilər ki, müharibənin qanunu, qaydası belədir.  1990-cı illərdən – 1-ci Qarabağ savaşından bəri hamımız şahidiyik ki, bizə qarşı terror müharibəsi aparan ermənilər məhz bu taktikadan istifadə edirlər. Bunun ən bariz nümunəsini Xocalıda, Qaradağlıda, Ağdabanda və s. gördük. Amma biz, Azərbaycan ordusu, Azərbaycan hərbçisi, əsgəri, çavuşu, zabiti, generalı bu üsulla savaşmaqdan tamamilə uzağıq. Qəsbkar, terrorçu ermənilər isə bu amildən, bu insanlığımızdan, bu rəhmdilliyimizdən bizə qarşı  sui-istifadə edirlər. Yəni, bizim döyüş meydanında qarşımıza çıxarkən öldürmədiyimiz erməni dığaları, uşaqları, hətta qadınları sonradan bizə qarşı müxtəlif təxrubatlar törədir, hərbi əməliyyatlarımıza əngəl olmağa çalışırlar. 1990-cı illərdə bizim öldürmədiyimiz erməni oğlan uşaqlarını Azərbaycana, Türkiyəyə qarşı nifrət hissi ilə böyüdərək bu gün əllərində silah bizə qarşı, həm də nəinki döyüş meydanındakı hərbçilərimizə, dinc əhalimizə, körpələrimizə, uşaqlarımıza,  qadınlarımıza, qocalarımıza qarşı döyüşən terrorçuya çeviriblər...”- deyə keçmiş kəşfiyyatçı polkovnik vurğulayıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də