Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

XİN-dən ölkəmizdə işgəncəyə məruz qaldığını iddia edən erməni əsirlə bağlı AÇIQLAMA






Xarici İşlər Nazirliyi Azərbaycanda işgəncələrə məruz qaldığını iddia edən 85 yaşlı Evgeniya Babayanla bağlı məsələyə aydınlıq gətirib.

Oxu.Az-ın müxbirinin məlumatına görə, XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva keçirilən brifinqdə bildirib ki, həmin qadın sonradan fiziki zorakılığa məruz qalıb:

“O, sağlamlıq vəziyyətinin yaxşı olmamasına baxmayaraq, müstəntiq qarşısına çıxarılıb və ona edilən təzyiqlər nəticəsində Azərbaycana qarşı ifadə verib”.

“Biz Ermənistanın növbəti dəfə bu kimi qeyri-humanist addımlarını pisləyirik”, - deyə XİN rəsmisi qeyd edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də