Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Fəlsəfə və Sosiologiya institutunun əməkdaşları şəhid ailələrini ziyarət etdi






AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları öz təşəbbüsü ilə Beyləqan rayonunun Kəbirli kəndində şəhid ailələrini ziyarət etmişlər. Ziyalılar şəhidlərin ailələrinə təskinlik vermiş, onlarla birliyini nümayiş etdirmiş, onlara dəstək olduğunu bildirmiş, şəhidlik zirvəsi, şəhidlik məqamı, cəmiyyətdəki vəhdət, dövlət-ordu-xalq birliyindən danışmışlar. Eyni zamanda bildirilmişdir ki, Azər¬baycan rəhbərliyi 30 ildir ki, torpaqlarının işğaldan azad olması üçün bütün beynəlxalq hüquq normalarına əməl etməklə mübarizə aparmış, insan itkilərinin olmaması üçün danışıqlar, sülh, diplomatik yolla ərazi bütövlüyünün təmin olunmasına üstünlük vermişdir. Lakin Azərbaycanın sülhsevər missiyasından düşmən  və onun hava¬dar¬ları sui-istifadə edir, işğal olunmuş ərazilərə xaricdən miqrantlar gətirərək məskunlaşdırır, məscidlərimizi, mədəniyyət abidələrini təhqir edir, onlarla şəhər və kəndlərimizi viran qoymuşlar. Görüşlərdə Ali Baş Komandanın rəhbərliyi altında tezliklə erməni faşizmi üzərində qələbə çalacağımıza inam həm ziyalıların, həm də şəhid ailələrinin ümumi fikri olmuşdur. Şəhid ailələrindəki vətənpərvərlik hisslərinin və milli ruhun yüksək olmasının Azərbaycanın müzəffər əsgərini daha da ruhlandırdığı qənaətinə gəlmişlər.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də