Azərbaycan Respublikasının işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin dırnağarası “lideri” Araik Arutyunyan sığınacaqdan təlaşlı şəkildə mövqelərimizi müşahidə edib.
Azərbaycan Ordusunun işğal altında olan torpaqlarını azad etmək üçün başlatdığı əks-hücum əməliyyatı sürətlə davam edir. Ermənistan ordusunda isə rəhbərlik səviyyəsində “Bayrakdar” dronlarından dəhşətli şəkildə qorxu davam edir.
Bu dəfə A.Arutyunyanın dronlardan qorunmaq üçün sığınacaqda Azərbaycan Ordusunun mövqelərini müşahidə etməsinin fotosu yayılıb.