Dünən gecə saatlarında Azərbaycan mediasında Qarabağdakı separatçı-terrorçu erməni rejiminin “müdafiə naziri” adlanan general-leytenant Calal Arutyunyanın gəbərdilməsi haqqında iddia yayılmışdı.
Erməni mediasının son dəqiqələrdə yaydığı məlumata görə, separatçı-terrorçu erməni rejiminin “baş komandanı” sayılan Araik Arutyunyan Calal Arutyunyanın qanunsuz vəzifəsindən azad edilməsi və onun yerinə Mikael Arzumanyanın təyin olunması haqda “fərman” imzalayıb. Buna səbəb C.Arutyunyanın guya yaralanması, bəlkə də əslində gəbərməsidir. A.Arutyunyanın həmin “fərman”ı özünün oxumasını əks etdirən video və foto-görüntülər də yayılıb.