Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Əsas odur ki, ermənilər torpaqlarımızdan çıxmaq öhdəliyini öz üzərlərinə götürməlidir”






Xəbər verdiyimiz kimi Azərbaycan və Ermənistan arasında üçüncü dəfə humanitar atəşkəs elan olundu. Lakin düşmən tərəfi yenə mövqelərimizi atəşə tutmaqda davam edir.

Bəs görən Ermənistanın humanitar atəşkəsə Amerika Birləşmiş Ştatlarında nail olması Rusiya tərəfinin qəzəbinə səbəb olmayacaqmı?

Moderator.az-ın sualını “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev cavablandırıb. O, açıqlamasında bildirib ki, əldə olunan razılıq oktyabrın 10-da Moskvada bağlanan humanitar atəşkəsin davamı kimi qeyd olunub:

“Azərbaycan və Ermənistan arasında Vaşinqtonda  humanitar atəşkəs razılığı əldə olunarkən orda vurğulandı ki, bu oktyabrın 10-da Moskvada bağlanan humanitar atəşkəsin davamıdır. Humanitar atəşkəsin nəticələri barədə isə indidən nəsə demək çətindir, çünki Ermənistan tərəfi yenə mövqelərimizi atəşə tutur. Bununla yanaşı, Cenevrədə də danışıqlar gedəcək və əsas odur ki, ermənilər torpaqlarımızdan çıxmaq öhdəliyini öz üzərlərinə götürməlidir. Ermənistanda isə Azərbaycana güzəştə getməmək, torpaqlarımızdan çıxmamaq Paşinyanın yox, cəmiyyətin mövqeyidir. Ona görə də düşünmürəm ki, humanitar atəşkəs Paşinyan rejiminə təsir edə bilsin”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də