Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kəlbəcərdə ələ keçirilmiş düşmən avtomobillərini siz də görün...






Ali Baş Komandanın dünən işğal altındakı digər rayonlarımız kimi Kəlbəcərin də bir hissəsinin azad edilməsi xəbəri təkcə 78 min kəlbəcərlinin deyil, sinəsi Vətən həsrəti ilə yanan hər kəsin bağrına sərin su səpmiş oldu. 
Hələlik Ali Baş Komandan "bir hissə" dedikdə Kəlbəcrdə konkret hansı kəndlərin və yüksəkliklərin azad olunduğunu açıqlamadı. Bizə də düşən hər şeyi onun ağzından eşitdikdən və paylaşımını gördükdən sonra ictimailəşdirməkdir. 

Amma indicə oxucularımıza təqdim edəcəyimiz videoda Kəlbəcərdə işğalçılardan ələ keçirilmiş nəqliyyat vasitələrindən bəhs edilir. Türkiyənin nüfuzlu xəbər kanalının əməkdaşının lentə aldığı görüntülər qürurvericidir və Şanlı Azərbaycan ordusunun bu istiqamətdə də düşmənə sarsıdıcı zərbə vurmasının əyani sübutu kimi qəbul oluna bilər. 

Eşq olsun Silahlı Qüvvələrimizə! Eşq olsun qətiyyətli sərkərdəmizə! Yaşasın bütöv Azərbaycan!

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də