Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Koronavirusa qarşı peyvəndin kimlərə faydasız olduğu açıqlandı






Koronavirusa qarşı peyvənd müəyyən bir qrup insan üçün faydasız ola bilər.

Ura.ru-nun məlumatına görə, bu barədə rusiyalı virusoloq Anatoli Altşteyn deyib.

Onun sözlərinə görə, immun çatışmazlığı olan insanlarda anticism istehsalı ilə bağlı problemlər müşahidə olunur, bu səbəbdən koronavirusa qarşı peyvəndin, həqiqətən, onlar üçün təsiri olmaya bilər.

“Bu, sağlamlıq vəziyyətindən deyil, orqanizmin heç kimin bilmədiyi xüsusiyyətlərindən asılıdır”, - deyə virusoloq izah edib.

Altşteyn anticismlərin yaşlılarda, stress altında olanlarda, iltihab əleyhinə dərmanlar qəbul edənlərdə və spirtli içki içənlərdə zəif istehsal olunduğu barədə məlumatlara şübhə ilə yanaşdığını bildirib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də